11 milyon AZN vergi borcu olan iş adamı öldü - 14 il bu səbəbdən azadlıqda qalmışdı
Bir neçə MMC-nin sahibi kimi biznes fəaliyyəti ilə məşğul olan İntiqam Kərimov vəfat edib.
Sonxeber.az Musavat.com-a istinadla xəbər verir ki, o, cinayət əməli törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək imkanından məhrum olmuşdu.
Bu nəticəyə hələ 2007-ci ildə Xətai rayon Məhkəməsi gəlmişdi. Müxtəlif MMC-lərin rəhbəri olan İntiqam Kərimovun vergiyə 11 milyon manatdan çox borcu var idi. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılandan sonra psixi problemləri yaranmağa başlayıb.
Buna görə də İntiqam Kərimov sağalanadək cinayət işi üzrə icraat dayandırılmışdı. Bir neçə dəfə icraat yenilənərək onun barəsində yenidən ekspertiza təyin edilmişdi. Lakin müayinələr zamanı İntiqam Kərimovun hələ də sağalmadığı müəyyən edildiyi üçün icraat yenidən dayandırılmışdı.
14 ilə yaxın psixi müalicə alan İntiqam Kərimov bir müddət əvvəl vəfat etdiyi üçün onun barəsindəki cinayət işinə xitam verilib. Cinayət işinin davam etdirilməsi üçün onun ailə üzvlərindən birinin hüquqi varis kimi tanınması lazım idi. Lakin onun ailə üzvləri bu işdə maraqlı olmayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6003 Tarix: 22 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
8 noyabrAzərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed
8 noyabrMənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
8 noyabrDekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
8 noyabr