"Niyə açıq-saçıq geyinmək cəmiyyəti narahat etmir, hicab narahat edir?"-Təhsil eksperti

"Niyə açıq-saçıq geyinmək cəmiyyəti narahat etmir, hicab narahat edir?"-Təhsil eksperti"Niyə açıq-saçıq geyinmək cəmiyyəti narahat etmir, hicab narahat edir?"

Sonxeber.az-ın verdiyi məlumata görə, bu sözləri təhsil eksperti Səbinə Əliyeva AYNA-ya müsahibə verərkən qeyd edib.

O bildirib ki, ölkəmizdə məscid varsa, Ramazan bayramı qeyd edilirsə, baş örtüyünə də hörmətlə yanaşmalıyıq:

Xəbər verdiyimiz kimi, yeni məktəbli formalarının nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq olunub. 2022/2023-cü tədris ilindən tətbiq ediləcək geyim formalarının 4 rəngdə nümunəsi təklif olunur. Hər il olduğu kimi, bu il də yeni məktəbli formaları valideyn və müəllimlərin müzakirəsinə səbəb olub.

Hələlik yeni forma nümunələri ilə bağlı xoş qarşılanan məqam qızlar üçün qış geyimi dəstində şalvardan istifadəyə icazə verilməsidir. Həm tənqid olunan, həm də təqdir edilən məqam isə qızlar üçün forma nüməsində baş örtüyü barədə heç bir qeydin olmamasıdır.

Tənqid olunan digər məqam da formaların tez-tez yenilənməsi və buna görə valideynlərin maddi baxımdan çətinliklə üz-üzə qalmasıdır.

Ekspert qeyd edib ki, dünya təcrübəsində elit məktəblər beynəlxalq standartlara uyğun olaraq hamısı forma tələb edir:

"Amma statusu, sosial səviyyəsi zəif olan məktəblərdə azad formadan istifadə edirlər. Forma nizam-intizama dəvət etmək deməkdir. Ölkəmizdə də ödənişli məktəblərdə corabdan tutmuş ayaqqabıya qədər rəngi, ətəyin uzunluğu və s. məktəbli forması modelində öz əksini tapır. Hətta şagirdlərin saç düzümünə qədər də müəyyən tələblər olur".

- Səbinə xanım, məktəbli formalarının tez-tez yenilənməsindən şikayətçi olan valideynlər uşaqlarını elə sosial səviyyəsi çox da yüksək olmayan məktəblərə göndərənlərdir. Onlar maddi baxımdan çətinliklə qarşılaşdıqlarını deyirlər.

- Bizim təhsildə problem ondadır ki, 10-15 il əvvəl biz müəllimi və təhsili valideynin istəyinə tabe etdik. Bu, düzgün deyil. Təhsilin standartları var. Valideynlər də müəllimdən, məktəbdən keyfiyyət gözləyirlərsə, nəzərə almalıdırlar ki, keyfiyyətin də öz çərçivəsi, düsturu var. Valideynin müəllimə, məktəbə təzyiq etmək ixtiyarı yoxdur. Biz bunlara icazə verdikcə məktəblərimizdə xoşagəlməz görüntülərin şahidi olur, xoş olmayan hadisələr eşidirik. İndi dövlət məktəbləri ödənişsizdir. Orada bəzi valideynlər yersiz hegemonluq edirlər. Bu halda müəllimlərin uşaqlara "elə yox, belə geyin" deməyə də ixtiyarı çatmır. Bu, yolverilməzdir.

- Ucqar rayonlarda imkansız ailələrin övladları var. Bu məqamda belə bir fikir səsləndirilir ki, onlar üçün məktəbli formasından çox, verilən təhsilin keyfiyyətini artırmaq önəmlidir...

- Mən xahiş edirəm, kimsə tənbəllikdən min bir bəhanə tapmasın. Ucqar kənddə oxuyan uşaqlarımız da özlərini şagird kimi hiss etmək istəyirlər. Biz niyə bu hissi onların əlindən alaq?! Ucqar kənddə yaşasa da, hansısa ana toya gedəndə öz xarici görünüşünə diqqət etmirmi? Əlbəttə ki, edir. Bəs hansı ixtiyarla uşağını məktəbli kimi hiss etmək duyğusundan məhrum edir?!

Burada məsələyə başqa bir tərəfdən baxaq. Ölkəmizdə ödənişli məktəblər var ki, onlarda məktəbli formasına çox ciddi yanaşırlar. Həmin məktəblərdə də şagirdlərlə aparılan işlər öz nəticəsini verir. Siz kiminsə evinə qonaq gedəndə qarışıqlıq görsəniz, ev sahibinin səliqəsini ciddi qəbul etməzsiniz. Məktəbin də üzü şagirddir. Birinci addım hər kəsin uyğun geyimdə olmasından başlayır. Hərə bir geyimdə olsa, orada nizam-intizam yaratmaq mümkün olmaz. Xüsusilə də yeniyetməlik dövründə uşaqları cəlbedici, məktəbliyə uyğun olmayan formada məktəbə göndərmək yolverilməzdir.

- Bu mövzuda müzakirə olunan digər məsələ də baş örtüyü ilə bağlıdır. Yenə də məktəbli forması nümunəsində buna toxunulmayıb. Bir qisim insan düşünür ki, məktəblinin hansısa dinə yönləndirilməsi yanlışdır, buna görə şagird ümumiyyətlə, baş örtüyü taxmamalıdır. Digər bir qisimin fikrinə görə isə digər məsələlərdə valideynin müəyyən yönləndirməsi olduğu kimi din məsələsində valideynin övladına istiqamət vermək də haqqıdır. Bu halda da uşaq öz istəyi ilə baş örtüyündən istifadə edirsə, məktəbdə buna heç bir maneə yaradılmamalı, məktəbli formasında da bu öz əksini tapmalıdır ki, sonra problem yaşanmasın. Siz necə düşünürsünüz, məktəbli formasında hicab məsələsi də öz əksini tapmalıdırmı?

- Niyə qısa ətək, açıq-saçıq geyinmək, saçları fərqli rənglərə boyamaq cəmiyyətimizi narahat etmir, amma baş örtüyü, uzun ətək geyinmək narahat edir? Baş örtüyü uşağın öz seçimidir. Valideyn uşağın seçiminə qarışmır. Uşaq hansı tərbiyəni alırsa, ona uyğun da davranış sərgiləyir. Mən bunu çox gözəl qarşılayıram. Mənə görə pis olan uzun dırnaqlar, burunda sırğa, bədəndə tatu, kip geyimlər, rəgbərəng, cəlbedici, üstündə xoş olmayan sözlər yazılmış çantalardır. Yeri gəlmişkən, şagirdlərin məktəbə smartfon aparmasını da düzgün hesab etmirəm. Müşahidə etdiyimiz kimi, tez-tez bunun xoş olmayan nəticələri ilə qarşılaşırıq. Birinci növbədə də, uşaqlar bir-birilərini uyğunsuz vəziyyətdə çəkir, sosial mediada yayırlar və beləliklə çox ciddi problemlər yaşanır. Bu, bulinqə şərait yaradır.

- Bəs məktəbli forması ilə bağlı standartlarda bu, konkret olaraq qeyd edilməlidirmi?

- Əlbəttə, baş örtüyü də məktəbli formasında göstərilməlidir. Bu halda baş örtüyündən istifadə edən qızlarımız idman dərslərində də çətinlik çəkməyəcəklər. Ölkəmizdə məscid varsa, Ramazan bayramı qeyd edilirsə, baş örtüyünə də hörmətlə yanaşmalıyıq. Hesab edirəm ki, məktəbin girişində məktəbli forması öz əksini tapmalıdır. Yeri gəlmişkən, həmçinin məktəbdə uşaqlar üçün hansı qidalar satılır və uşaqlar evdən məktəbə hansı qidalar gətirə bilər və s. də qeyd edilməlidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2752   Tarix: 01 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

8 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr