Azərbaycanda Ramazan ayı sabah başlayır? - RƏSMİ
İnsanlar arasında müzakirəyə səbəb olan məqamlardan biri də Mübarək Ramazan ayının ilk başlandığı gündür. Bəziləri ayın hələ görünmədiyini deyərək, orucluğun aprelin 3-də başlayacağını qeyd etsələr də, bir çoxları ayın göründüyünü və Ramazan ayının ilk gününün 2 aprelə təsadüf etdiyini bildirirlər.
Məsələ ilə bağlı Sonxeber.az-a Qafqaz Müsəlmanları İdarəsi sədr müavini Fuad Nurullayev açıqlama verib.
O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi artıq bununla bağlı fətva verib:
"Rəsmi saytımıza daxil olub baxa bilərlər. Bizim üfüqdə bu gün Mübarək Ramazanın 1-i hesab olunur. Rəsədxanaya göndərilən sorğunun hesabından cavab alınıb. Rəsədxana alimlərimiz bununla bağlı artıq qərar da verdilər ki, bu gün Azərbaycan üfüqündə Ramazan ayının biridir.
Başqa kim nə deyir, nə danışır, öz işidir. İnsanların söz azadlığı var. Müəyyən adamların fikirlərinə hörmətlə yanaşırıq. Başqa şeylərlə işimiz yoxdur. Allah oruc-namazları qəbul etsin".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2978 Tarix: 02 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabrAzərbaycana payız gəldi
Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi
23 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrBu qəzadan xəsarət almadan qurtuldular
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal
21 sentyabr