Bakıda partlayışa görə tutulan bloger apellyasiya şikayəti verdi: Yataq xəstəsi olan anası var
Bakıda gecə klubunda partlayışa görə həbs edilən sosial şəbəkələrdə bloger kimi tanınan Rəsul Rəsulov apellyasiya şikayəti verib.
Bu barədə APA-ya onun vəkili məlumat verib.
O bildirib ki, ötən gün Binəqədi Rayon Məhkəməsinin qəbul etdiyi qərarından şikayət veriblər:
"Rəsul Rəsulov 3-cü qrup əlildir, astma xəstəliyindən əziyyət çəkir. Həmçinin himayəsində yataq xəstəsi olan anası var".
Qeyd edək ki, aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "Location" gecə klubunda partlayış baş verməsi nəticəsində bir nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, bir mənzil və iki qeyri yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılır.
Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.
İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş "Merser food" MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
8 Noyabr - Şuşanın azad edildiyi gündür
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"