Bakıda kişi arvadını güllələyib, sonra özünü öldürdü - YENİLƏNİB + VİDEO
Prokurorluq Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Sabunçu Rayon Prokurorluğundan Oxu.Az-a daxil olan məlumatda deyilir:
"Aprelin 6-sı Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü Misli Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla Misli Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı odlu silahla atəş açaraq Misli Xəlilovanı qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir".
13:45
Bakıda küçədə kişi arvadını və özünü güllələyərək öldürüb.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, paytaxt sakini Rasim Xəlilov özünə məxsus qanuni ov tüfəngi ilə küçədə əvvəl həyat yoldaşı Misri Xəlilovanı güllələyərək qətlə yetirib. Daha sonra o, həmin silahla özünü vuraraq öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 4364 Tarix: 06 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub. -ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək
15 oktyabrLerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda
21 oktyabrŞagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi
Mingəçevir şəhərində tanışına qarşı dələduzluq etmiş 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Mingəçevirdəki Kəlbəcər məktəbinin fizika müəllimi olan qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirl
29 sentyabrBakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüat açıqlanıb. -a istinadən xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış:. "9 yaşlı bacısı is
29 oktyabrQonaqlıqda yeyib-içən tanışların mübahisəsi ölümlə bitdi - Yenilənib
Bərdədə qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Molla Əhmədli kəndində 200-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqlanaraq öldürülüb. Onun qətlində tanışı 1996-cı il təvəllüdlü Cavad Hüseynov şübhəli bilinir. İlkin məlumata görə, tərəflər qonaqlıqda yeyib-içərkən aralarında mübahis
30 sentyabrAliment verməkdən imtina edən kişi - 4-cü dəfə həbs olundu
Sabirabad rayonunda aliment borcunu qərəzli şəkildə ödəməyən şəxs növbəti dəfə həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Çöl Beşdəli kəndində yaşayan 1984-cü il təvəllüdlü Əhməd Ələmov (ad və soyadlar şərtidir) bu dəfə 1 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib. Araşdırmala
30 sentyabrBərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları - Video
Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir. qətlə yetirilən 26 yaşlı E.Rüstəmovun fotolarını təqdim edir:. 11:00. Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsini təfərrüatı bilinib. Baku TV-y
1 oktyabrToyda qohumlar dalaşdı, xəsarət alan var
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb
12 oktyabrÖldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...
Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış
27 oktyabr