"Prezident İlham Əliyev fərqli reallıqlar, yeni bir eranı meydana gətirib"

"Prezident İlham Əliyev fərqli reallıqlar, yeni bir eranı meydana gətirib""Artıq bu, sayca Brüsseldə keçirilən ikinci görüşdür. Vətən müharibəsində qələbədən sonra Azərbaycan beynəlxalq aləmə açıqlığını, ilk növbədə isə Ermanistanla münasibətlərin dəqiq müstəvisini göstərib.Biz regiona sülhün, təhlükəsizliyin gözü ilə baxırıq. Yeni arxitektura quruculuğu məhz özündə bunu ehtiva edir. Qərb dairələri, təbii ki, İkinci Qarabağ müharibəsindən müəyyən qədər kənarda qaldılar. Lakin müxtəlif dairələrin bizi hər hansı sanksiyalara məruz qoymaq cəhdləri reallaşmadı".

Bu sözləri Sonxeber.az-a deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, bunun üçün hər hansı bir hüquqi, hərbi və digər xarakterli əsaslar mövcud deyildi:

"Azərbaycan o mənada da tarixə fərqli bir müharibə modeli və mədəniyyətini təqdim etmiş bir dövlət kimi düşəcək. Əlbəttə, Moskvada keçirilən danışıqlar, görüşlər fonunda, proseslərin heç olmasa bu mərhələsində Qərb əsla qıraqda qalmaq istəməzdi.

Eyni zamanda, Avropa Birliyinin Ermənistana 2.6 milyard avroluq yardımını bəyan etməsindən sonra açıq şəkildə görünürdü ki, bu bölgəni itirməmək üçün müxtəlif iqtisadi stimullaşdırıcı mexanizmlər də işə salınıb.

Azərbaycan Prezidentinin haqlı və sərt mesajlarından, iradəsindən sonra bizimlə də bağlı 150 milyon avroluq yardım qərarı dəyişdirildi. Bu, əslində yaxşı bir hadisə idi. Eyni zamanda, onu söyləmək lazımdır ki, beynəlxalq diplomatik siyasi həyat həm də şəxsi münasibətlərə və iradələrə dayanır. Şarl Mişel ilə ölkə rəhbərinin bu müddət ərzində apardığı danışıqlar Azərbaycanla da bağlı yanlış mövqeni daşındırmağa imkan yaratdı və 2 milyard avroluq dəstəyin göstəriləcəyi bildirildi.

Bunu biz həm də belə tərcümə edə bilərdik ki, Qərb tərəfi heç olmasa bundan sonrakı dönəmdə danışıqlarda delimitasiya-demarkasiya proseslərində, sülh müqaviləsinin imzalanmasında, ümumiyyətlə gələcək regionun düzəninin formalaşmasında iştirak etməyə çalışır.
Dünən ABŞ dövlət katibi Blinkinin də tərəflərə telefon zəngi etməsi Barak Obamadan sonra Amerikanın bölgədən müəyyən qədər çıxması anlamına gəlir. ABŞ ənənəvi aktivlik mövqeyindən passiv bir duruma keçməsi problemini ortadan qaldırmaq niyyətindədir və prosesi yalnız region dövlətlərin nəzarətinə vermək düşüncəsində deyil.

Rusiya-Ukrayna savaşları bunun üçün sanki yeni fürsətlər açır. Telefon zənginin də xüsusi anlamı ondan ibarətdir ki, ABŞ Ermənistan-Azərbaycan arasındakı proseslərdə yer almaqda israrlıdır.

Lakin bizim üçün sülh müqaviləsinin hansı ölkələrin paytaxtında imzalanmasından daha çox, bunu, İkinci Qarabağ savaşındakı qalib dövlət kimi, haqqımız olaraq təqdim etməkdir. Qarşı tərəfə dəqiq sülh planı 5 iddiadan ibarət verilib. Ona reaksiyalardan da məlumatlıyıq.

Mümkündür ki, bu gün Brüsseldə müəyyən bir işci komissiyalar da formalaşsın. Onlar bunu arzulayırlardılar ki, 10 noyabr və 11 yanvar razılaşmalarının üzərinə hansısa bir tarixli Brüssel bəyanatı da əlavə edilsin.

Ondan sonrakı dönəmdə biz, əlbəttə, gözləyirik ki, ilk növbədə Azərbayacan və Türkiyənin məlum iradəsi ilə bu dövr ərzində formalaşmış strategiyanın nəticəsi olaraq, Ermənistanı sülhə məcburetmə gerçəkləşsin.

Buna onların ehtiyacı var. Çünki xalq resursu son dərəcə acınacaqlı bir vəziyyətdə olan, hərbi imkanlarını azı 10-15, bəlkə də 20 ilə bərpa edə bilməyəcək bir dövlətin bu gün sülh sənədini imzalaması onun öz xeyrinədir.

Düşünürəm ki, bizim üçün də sülh müqaviləsinin imzalanması və bunun məhz Zəngəzur mahalında baş verməsi daha arzu olunanandır. Bunun üçün tarixi zərurət də var.

Təəssüf olsun ki, əsrlər boyu, hətta siyasi xəritə üzərində bu adların dövlət kimi mövcud olmadığı zamanlarda da xalqlar arasında savaşlar mövcud olub.

Prezident İlham Əliyev fərqli reallıqlar, yeni bir eranı meydana gətirib. İndi bunu sənədlər üzərinə daşımaq və onu tarixi aktlara çevirmək lazımdır. Əminəm ki, bu, bizim millətimiz üçün böyük bir nailiyyət olacaq.

Bu, bölgədə yenidən bir şəkillənmə, açılım deməkdir və mən çox arzulayıram ki, Qərb və region dövlətləri arasında savaş Ermənistan-Azərbaycan münasibətlərinə təsir etməsin. İndiki halda böyük sanksiyalara məruz qalan Rusiya üçün də Ermənistanla Azərbaycan arasındakı münasibətlərin açılımı və bölgədə kommunikasiya xətlərinin reallaşması, böyük ticarət dəhlizlərinin formalaşması üçün sərfəlidir.

Avropa Birliyi və Amerika da bu məsələdə ilkin mövqeyini müsbət olaraq bildirib. Belə olan halda ümid edirik ki, bu danışıqlar bizim xeyrimizə bitəcək. Onsuz da Qərblə, xüsusilə də Avropa Birliyi ilə yalnız belə danışıqların məsuldar olması, hansısa bir müsbət sonluqla bitməsi faydalıdır.

Bir daha qeyd edirəm ki, məsələ sülh müqaviləsinin orada imzalanmasında deyil. Amma əgər tərəflər arasında etimad mühitinin möhkəmləndirilməsi və onların gələcəkdə imzalayacağı sənəddə Qərbin də hər hansı bir iştiraki istənilirsə, bu yöndə Prezident İlham Əliyevin ortaya qoyduğu iradə ən həlledici və önəmlidir".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1903   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva

8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın

7 noyabr
.

Prezidentlə şəhid anası arasında səmimi dialoq

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə şəhid anası arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

6 noyabr
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

5 noyabr
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

6 noyabr
.

İlham Əliyev brazilyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev brazilyalı həmkarı Luiz İnasio Lula da Silvanı təbrik edib. Qaynarinfo xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Braziliya ilə dostlu

5 noyabr
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

6 noyabr
.

İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən həmin müraciətin mətnini təqdim edir:. "Sizi "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazı

5 noyabr
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

7 noyabr
.

Prezident bu şəxslərə ali hərbi rütbələr verdi - Adlar

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:. "general-leytenant" hərbi rütbəsi

7 noyabr