Atasının və ərinin etmədiyini sevgilisi etdi: Qardaşı tərəfindən öldürüldü - TƏFƏRRÜAT

Atasının və ərinin etmədiyini sevgilisi etdi: Qardaşı tərəfindən öldürüldü - TƏFƏRRÜATBərdədə bacısını öldürməkdə təqsirləndirilən Fəqan Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rayonda video-operator işləyən Fəqanın hansı səbəbdən bacısı Nərminəni öldürməsi ictimaiyyət üçün maraq kəsb edir.

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, qətl ötən il avqustun 19-da günorta saatlarında Bərdə rayonu ərazisində baş verib. Belə ki, F.Cabbarov 27 yaşlı bacısı Nərminə Behbudovanı yaşadıqları kəndin ərazisindəki əkin sahəsində qətlə yetirib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmədə danışan Fəqan Cabbarov deyib ki, Uğurbəyli kəndində anası, atası, qardaşı, qardaşının arvadı və iki uşağı ilə birlikdə yaşayıb. O, cinayəti necə törətdiyini açıqlayıb:

"Bərdə şəhərində yerləşən "Çinar" restoranında videooperator kimi fəaliyyət göstərirdim. Karantin qaydalarına əsasən, toy mərasimlərinin keçirilməsi dayandırıldığından işsiz qaldım. Buna görə qardaşım ilə birlikdə Tərtər rayonunda yerləşən Laçınlı Süleymana məxsus iri buynuzlu heyvanların saxlanıldığı fermada işləməyə başladım. Bacım Nərminə isə evlənmişdi. Qonşu kənddə yaşayırdı. Fermada işlədiyim zaman yeznəm Səbahəddin mənə zəng elədi. Səsi qəribə gəlirdi. Danışıq zamanı bacımın mobil telefonda başqa bir kişi ilə danışarkən tutulduğunu dedi. Mən həmin vaxt Tərtərdə idim. Tez atama zəng eləyib baş verənləri danışdım. Yeznəmin dediyindən anladım ki, bacım elə Səbahəddinin qohumu ilə münasibət yaşayıb. Həmçinin Səbahəddin dedi ki, bacım gizli telefonla yad kişilərlə danışır. Bunu Nərminə özü də sonradan ərinə təsdiq edib. Nərminə evli olduğu 9 il ərzində telefonu olmayıb. Heç ata evində olanda da onun telefonunun olmasına icazə verilməyib. Sonradan əri də ona telefon almadı. Onda mobil telefonun olmasından heç kimin xəbəri olmayıb. Görünür ki, telefonu ona münasibətdə olduğu həmin şəxs gizlicə alıb. Bu vasitə ilə də rahat danışa biliblər".

Təqsirləndirilən şəxs bildirib ki, yeznəsi ona Nərminənin danışdığı adamla görüşdüyünü deyib:

"Mənə dedi ki, qonşular Nərminənin yad kişi ilə görüşdüyünü görüblər. Mən bu məsələni araşdırmağa başladım. Bacımın kimlə danışdığını müəyyənləşdirmək məqsədi ilə bir neçə dəfə onların kəndinə getdim. Orada müəyyən elədim ki, həmin şəxs elə yeznəmin öz yeznəsinin bacısı oğludur. Lakin onun adını öyrənə bilmədim. Səbahəddinin özü də həmin şəxsdən şübhələnib. Amma heç nə sübut edə bilməyib. Bu söhbətlərdən sonra əri Nərminəni evdən qovdu. Bacım bizim kəndə qayıtdı. Lakin bildi ki, onu öldürəcəm, qorxusundan evimizə gəlmədi. Bir müddət dayımgildə, bir müddət də xalamgildə qaldı. Xalamgildə qalan müddətdə onu öldürmək üçün bir neçə dəfə ora getdim. Lakin Nərminəni aldadıb evdən çıxara bilmədim. Həm də xalamgilin evində qan tökmək istəmirdim".

Fəqan Cabbarov qeyd edib ki, həmin vaxtlar Nərminə xalasıgilə əri Səbahəddinin qohumu ilə münasibətdə olduğunu təsdiq edib:

"Artıq mən Nərminəni öldürməyi qarşıma məqsəd kimi qoymuşdum. 25 gün idi ki, utandığımdan kəndə çıxa bilmirdim. Onu öldürməkdən başqa yolum yox idi. Bu səbəbdən gecə saatlarında evdən çıxıb xalamgilə piyada getdim. Evə daxil olduqda Nərminə və xalam qızı Güneli gördüm. Onlardan başqa evdə heç kim yox idi. 10 dəqiqə orada söhbət elədim. Nərminəni aldadaraq evdən çıxarmağa razı saldım. Yalandan dedim ki, yeznəm evdədir və üzləşməyə aparıram. Taksi ilə kəndin girişinə qədər gəldik. Yolda bir kəlmə belə danışmadıq. Kəndin girişində daşlı yolla gedirdik. Yol boyunca hadisənin baş verəcəyi yeri beynində planlaşdırdım. Nərminəni öldürərkən buna heç kimin mane ola bilməməsi üçün kəndinin giriş tərəfini seçdim. Bu səbəbdən yavaş-yavaş sürətimi azaltdım ki, bacımdan arxada qalım. Bu zaman Nərminə arxaya çönüb mənə tərəf baxdı və nə üçün geridə qaldığımı soruşdu, cavab vermədim. Yonca sahəsinin yanından keçəndə cibimdəki bıçağı çıxaraq bacımın qarın nahiyəsindən vurdum. Həmin zərbədən sonra o yerə yıxıldı və hərəkətsiz vəziyyətdə qaldı. Onun ölümünü sürətləndirmək məqsədilə bir neçə bıçaq zərbəsi də vurdum. Bacımın ölümündən əmin olmaq üçün boğazı hissəsinə də iki zərbə vurdum".

Bacısını öldürən şəxs deyib ki, bıçağı hadisə yerinə ataraq oradan uzaqlaşıb:

"Yoldan taksiyə minərək rayonun özünə getdim. Bir az sakitləşdim. Ordan könüllü şəkildə polisə gedərək təslim oldum. Nərminəni öldürməklə bağlı qərarı tək qəbul etmişəm, onu öldürməyə məni heç kim təhrik etməyib. Məqsədim sadəcə ləkələnmiş olan namusumuzu, şərəfimizi təmizləməkdən ibarət olub".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Cabbarov 10 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2742   Tarix: 06 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş

Xəbər verdiyimiz kimi, Nizami Rayon Məhkəməsi həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. "Qafqazinfo"nun məlumatına görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz olub. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətd

14 oktyabr
.

Qonaqlıqda yeyib-içən tanışların mübahisəsi ölümlə bitdi - Yenilənib

Bərdədə qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Molla Əhmədli kəndində 200-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqlanaraq öldürülüb. Onun qətlində tanışı 1996-cı il təvəllüdlü Cavad Hüseynov şübhəli bilinir. İlkin məlumata görə, tərəflər qonaqlıqda yeyib-içərkən aralarında mübahis

30 sentyabr
.

Azərbaycanda icra başçısı cərimələndi

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub. -a istinadən xəbər verir ki, icra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermi

27 oktyabr
.

Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu

Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Amansızlıqla qətl

8 oktyabr
.

Atasını öldürən Ayxana 1 il yarım həbs verildi

Atasını öldürməkdə ittiham olunan 19 yaşlı gəncin ittihamı yüngülləşdirilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün hökm çıxarıb. 19 yaşlı Ayxan Vəlizadə 44 yaşlı atası İftixar Vəlizadəni kəsici alətlə qəsdən öldürməkdə təqsirləndirilirdi. Prokurorluq onu Cinayə

14 oktyabr
.

"Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş

Bakıda "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Cəlal Mirağayevi qətlə yetirməkdə şübhəli bilinən Emin Qoşqar oğlu Rəhimov ("Sabunçu Emin" ləqəbli) və dostu Elmar Sücayət oğlu Cəfərov başqa cinayətə görə axtarışda olublar. xəbər verir ki, bu, Baş Prokurorluğun bu gün yaydığı məlumatda

27 oktyabr
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib. Bu hadisə Azərbaycanın rayonlarından birind

2 noyabr
.

Bərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları - Video

Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir. qətlə yetirilən 26 yaşlı E.Rüstəmovun fotolarını təqdim edir:. 11:00. Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsini təfərrüatı bilinib. Baku TV-y

1 oktyabr