Rayonlarda dodaq uçuqladan VİLLA QİYMƏTLƏRİ
Mövsümdən asılı olmayaraq bəzi rayonlarda evlərin qiyməti həmişə bahalığı ilə seçilir. Paytaxtın mənzil fondunun əsas hissəsini yaşayış binaları təşkil edirsə, regionlarda bu məsələ fərdi yaşayış evlərinin xeyrinə dəyişir. Regionlar üzrə daşınmaz əmlakın qiymətləri bir qədər fərqlidir.
Parlamentin sonuncu iclasında deputat Vahid Əhmədovun Bakı-Quba yolu ilə bağlı qaldırdığı məsələ regionlarda bahalı evlər, dəbdəbəli villaları gündəmə gətirib. Parlamentari ölkədəki məmurların böyük əksəriyyətinin bölgələrdə, xüsusilə Quba, Qusar, Xaçmazda villaları, bağ evləri olduğunu açıqlamışdı.
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov Modern.az-a bildirib ki, ötən ay ərzində regionlardakı daşınmaz əmlak bazarında 3,4 % artım olub:
"Regionlar üzrə əmlakların qiymətləri müxtəlifdir. Evlərin 1 kvadratmetrinin qiyməti 300-1000 manat arasında dəyişir. Ucqar mərkəzlərdə 1 kvadratmetrin qiyməti 350 manatdan başlayır. Sumqayıtda 1 kvadratmetr 1000-1100 manat aralığındadır. Gəncədə evlərin 1 kvadratmetri 1000-1050 manat arasındadır, Naxçıvanda isə 1 kvadratmetrin qiyməti 950 manatdır. Quba-Qəbələ-Xaçmaz rayonlarında 1 kvadratmetrin qiyməti 600 manat civarındadır. Digər istirahət rayonlarında da evlərin 1 kvadratmetrinin qiymət 600 manatdan başlayır".
Ekspert qeyd edib ki, region üzrə ən bahalı əmlakın hansı rayonda olması ilə bağlı araşdırma aparılmayıb:
"Bağ evlərinin qiyməti qışa nisbətən yay aylarına 8-10 % baha olur. Yay aylarında ən bahalı evlər Mərdəkan, Buzovna və Bilgəh istiqamətində olur. Aylıq kirayə haqqı 5000 manatadək yüksəlir. Rayonlarda isə kirayə haqqı 250 manatdan başlayır 1000 manatadək qalxır".
Modern.az regionlarda satışa çıxarılmış evlərin qiymətilə bağlı araşdırmanı təqdim edir:
Qubada evlərin (villalar) qiyməti 33 000 manatdan başlayır 950 000 manata qədər;
Qəbələdə dəbdəbəli ev almaq istəsəniz 46 000 - 900 000 manata sahib olmalısınız;
Xaçmazda villaların qiyməti 85 000-dən başlayır 1 200 000-ə kimi artır. Həyətyanı kiçik evlərinin qiyməti isə 19 000 - 60 000 manat aralığındadır;
İsmayıllıda həyət evlərinin qiyməti 27 000 manatdan başlayır. Ən bahalı ev isə 500 000 manata təklif olunur;
Lənkəranda kiçik sahəli həyət evlərinin qiyməti 19 000 manatdan başlayır. Satışa qoyulmuş ən bahalı villa isə 1 000 000 manatdır;
Lerikdə evlərin qiyməti minimum 33 000 manatdır. Satışa qoyulmuş ən bahalı villa 245 000 manat təşkil edir;
Göygöldə həyət evlərinin qiyməti 33 000 - 350 000 manat aralığında dəyişir;
Şəkidə isə satışa çıxarılmış evlərin qiyməti 30 000 manatdan 350 000-ə kimi artır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3028 Tarix: 07 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrUşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
8 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabr"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
7 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabrQızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
7 noyabrÇiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabrTarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
8 noyabr