Zaqatala sakinindən İDDİA: "Həkimlər rəhbərliyə 200 manat verərək iş saatında başqa müəssisədə işləyirlər"

Zaqatala sakinindən İDDİA: "Həkimlər rəhbərliyə 200 manat verərək iş saatında başqa müəssisədə işləyirlər"Zaqatala Rayon Mərkəzi Xəstəxanasında həkimlərin iş saatlarında müəssisədə olmadıqları iddia edilir.

Bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaş tərəfindən müraciət ünvanlanıb. Müraciətdə iddia olunur ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin (ASM) həkimləri bir neçə iş yerində çalışır və rəsmi iş saatlarında aidiyyəti üzrə iş başında olmurlar.

Vətəndaş deyir ki, bu səbəbdən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının önündə xəstə əlindən tərpənmək olmur:

"Heç bir həkimi iş yerində tapmaq mümkün deyil. Soruşanda ki, həkim haradadır, bizə onların başqa hospitallarda işlədiklərini deyirlər. Həkimlər rəhbərliyə 200 manat verərək iş saatlarında başqa tibb müəssisəsində işləyirlər. Orada da həkim qəbulu ən azı 20 manatdır. Nə Səhiyyə Nazirliyi, nə də TƏBİB həkimlərin iş rejimini yoxlayırlar. Xahiş edirik, bu məsələni araşdırsınlar".

Şikayətlər içərisində İcbari Tibbi Sığortadan istifadə edə bilmədiklərini də qeyd edən vətəndaş müraciətlərinin hər birinin başqa müəssisələrə göndərildiyini bildirir.

Vətəndaşın iddialarının nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün sözügedən Zaqatala Rayon Mərkəzi Xəstəxanası və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, orada fəaliyyət göstərən həkimlər iş saatlarında (09:00-16:00) iş yerlərində olurlar:

"İş saatı bitdikdən sonra həkimlərin özəl xəstəxanalarda fəaliyyət göstərmələrinə xəstəxana rəhbərliyi müdaxilə edə bilməz. Bəzi müayinələr üçün xəstələr yalnız öz istəkləri ilə bəzi hallarda özəl xəstəxanalara yönləndirilirlər. Bunlarla bağlı yaranmış narazılıq və şikayətlər əsassızdır. Zaqatala RMX PHŞ-də (Publik Hüquqi Şəxs) fəaliyyət göstərən həkimlərin heç biri özəl tibb müəssisələrində müqavilə ilə çalışmır".

Vətəndaşların icbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən yararlana bilməməsi məsələsi ilə bağlı Agentlikdən isə sorğumuza cavab olaraq bildirilib ki, ilkin tibbi-sanitariya yardımı ilə bağlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzlərində tibbi xidmət göstərilir:

"Vətəndaşlar qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan Zaqatala Rayon Mərkəzi Xəstəxanasına şəxsiyyət vəsiqəsini təqdim etməklə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən də yararlana bilərlər. Bununla yanaşı, vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq, ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan digər şəhər və rayonlarda istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilər.

Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika Endokrinoloji Mərkəz və s. tibb müəssisələri aiddir.

Qeyd edək ki, dövlət tibb müəssisələrində stasionar şəraitdə (xəstəxanada yatış) göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunur. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır. Belə ki, qanunvericiliyə əsasən, vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1744   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

7 noyabr
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

8 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

8 noyabr