Özbəkistan Dağlıq Qarabağa investisiya yatıracaq? - Deputatla MÜSAHİBƏ

Özbəkistan Dağlıq Qarabağa investisiya yatıracaq? - Deputatla MÜSAHİBƏDeputat Cavanşir Paşazadə Özbəkistan səfəri ilə bağlı Sonxeber.az-ın suallarını cavablandırıb.

- Cavanşir bəy, istərdik ilk olaraq Özbəkistan səfəri və keçirilən görüşlər barədə məlumat verəsiniz.

- Bilirsiniz, bir neçə gün öncə Milli Məclisin sədri Sahibə xanım Qafarova ilə Özbəkistan Respublikasında rəsmi səfərdə olduq. Səfər zamanı Sahibə xanım Qafarova Özbəkistan Respublikasının Ali Məclisinin Senatının sədri Tənzilə Narbayeva ilə görüşdü.

İlk olaraq qeyd etmək isərdim ki, Sahibə xanım Qafarovanın hələ Milli Məclisin sədri seçilmədiyi dövrdə də peşəkarlığı, vətənvərpərliyi və müdrik diplomatik qabiliyyəti ilə seçildiyi hər kəsə bəllidir. Təbii ki, biz bu qalibiyyətlərin hər birini bu xanım Qazaxıstan səfərində olarkən gördük. Belə ki, o, Qazaxıstanda Azərbaycan xanımına yaraşan formada Ermənistan parlamentinin spikeri Alen Simonyanın cavabını layiqincə verdi, ermənilərin və havadarlarının bütün yalanlarını bir daha ifşa edərək, onların əsl simasını ortaya çıxardı. Bilirsiniz ki, Qazaxıstandan sonra Sahibə xanım Qafarova Özbəksitanda rəsmi səfərdə oldu. Bu səfər zamanı o, vacib görüşlər keçirdi.

Görüşlər zamanı parlamentlərarası münasibətlərlər, əməkdaşlıq müzakirə edildi və çox mühüm sənədlər imzalandı. Özbəkistanda olarkən bu ölkənin bizə qoyduğu dəyəri bir daha gördük. Düzdür, artıq bir neçə ildir ki, Özbəksitanda rəsmi səfərlərdə olur, parlament və prezident seçkilərində iştirak edirəm. Özbəkistan xalqı ilə dostluğumuz qədim tarixə malikdir. Qardaş Özbəkistan ölkəsinin vətəndaşlarının bizim ölkə başçımız cənab İlham Əliyevə böyük hörməti və ehiramı var.

İki qardaş dövlətin ölkə başçılarının dostluğu və əlaqələri bizim üçün imkan yaratdı ki, Sahibə xanım Qafarovanın iştirakı ilə məhsuldar görüşlər keçirək. Görüşlər zamanı Tənzilə Narbayeva və Sahibə Qafarovanın bir-birinə olan münasibəti və hörməti hiss olunurdu.

Biz Özbəkistanda olarkən çoxsaylı görüşlər keçirdik. Keçirilən hər bir görüşün iki ölkə üçün də mühüm əhəmiyyəti vardır. Biz səfərdə olarkən Azərbaycan səfirliyində və Heydər Əliyev Mərkəzinə də olduq. Heydər Əliyev Mərkəzinin rəhbəri Sahibə xanım Qafarova ilə görüşəndə bu mərkəzin hələ də rəsmi statusunun olmadığını bildirdi. Sahibə xanım Qafarova dərhal Xarici İşlər Nazirliyinə zəng edərək yerindəcə bu problemi həll etdi. Özbəksitan və ya digər ölkələrdə Heydər Əliyev Mərkəzinin rəsmi statusunun olmaması təəssüfedici haldır. Təbii ki, bu da keçmiş xarici işlər nazirinin məsuliyyətsizliyindən qaynaqlanır. Mən Özbəkistanda səfərdə olarkən ölkə başçısı cənab Prezident İlham Əliyevin və onun apardığı xarici syasətin Azərbaycanın imicinə necə müsbət təsir etdiyinin şahidi oldum. Bilirsiniz ki, cənab Prezident ölkə başçısı seçildiyi gündən bu günə qədər hər zaman dostluq və qardaşlıq prinsiplərinə önəm verib. Özbəksitanda olarkən cənab Prezidentin önəm verdiyi bu prinsiplərin ölkəmizə qazandırdığı dəyəri və hörməti gördüm. Düşünürəm ki, 44 gün ərzində düşmən üzərində möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa edən, hər bir sahədə uğurlara imza atan, beynəlxalq aləmdə söz sahibi olan liderə sahib olduğumuz üçün çox xoşbəx xalqıq.

Həmçinin, mən Özbəkistanda da olanda spikerimiz Sahibə xanım Qafarovanın da diplomatik qabiliyyətinin və hörmətinin şahidi oldum. Təbii ki, bu məni çox qürurlandırdı.

- Bəs iki ölkə parlamentlərarası münasibətlərin inkişafı ilə bağlı hansı qərarlar qəbul edildi?

- Bundan qabaq da mən Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü idim. Həmkarım və Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimovla bu ölkədə olmuşam. Sahibə xanım Qafarova ilə Özbəkistanda olarkən keçirdiyimiz görüşlər zamanı oranın parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri və üzvləri də iştirak edirdi. Görüş zamanı çox mühüm, parlamentlərarası memorandumlar imzalandı. Hər iki parlamentin dostluq qrupunun birgə işləməsi, xalqlar arası münasibət, dünyada baş verən proseslər, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

- Bəs Özbəkistan Dağlıq Qarabağa investisiya qoymağı düşünürmü?

- 44 günlük Vətən müharibəsi dövründə Özbəkistan prezidenti Şavkat Mirziyayev daim Ali Baş Komandana zəng edərək öz dəstəyini bildiribdir. Ən önəmlisi isə möhtəşəm qələbə ilə bağlı ilk təbrik edənlərdən biri də Özbəkistan prezidenti Şavkat Mirziyayev oldu. Hazırda bu ölkənin dəstəyi ilə Qarabağda böyük məktəb tikilir. Məktəbin açılışının Özbəkistan prezidenti Şavkat Mirziyayoyev tərəfindən edilməsi ölkəmizə və Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətə dəstəkdir. Bununla Özbəkistan iş adamları işğaldan azad olunmuş bölgələrə investisiya yatırmğı düşündüklərini vurğulamaqdadırlar. Düşünürəm ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər və hər bir sahədə aparılan əməkdaşlıq bundan sonra da artan templə davam edəcək.

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1728   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

7 noyabr
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

8 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

8 noyabr