Rusiyadakı böhran Azərbaycanın avtomobil bazarına təsir edirmi?

Rusiyadakı böhran Azərbaycanın avtomobil bazarına təsir edirmi?"Rusiya avtomobil sənayesindəki böhran Azərbaycanın avtomobil bazarına təsir etmir, çünki bizim alternativlərimiz çoxdur".

Bu barədə "Report"a nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycana müxtəlif ölkələrdən həm yeni, həm də işlənmiş avtomobillər gətirilir:

"Ona görə də Rusiya avtomobillərinin ölkəmizə gəlişinin azalması bazara təsir etməyəcək".

E.Cəfərov bildirib ki, bazarda birinci rübdə ciddi qiymət dəyişikliyi baş verməyib:

"Bazarda aktivlik kəskin azalmayıb. Satışlarda fəallıq səviyyəsi normal olub. Yalnız fevral ayında satışlarda bir qədər durğunluq yaşanmışdı. Martda Novruz bayramına görə tətillərin olmasına baxmayaraq, insanlarda avtomobil alqı-satqısına maraq var idi. Fevrala nisbətən mart ayında satışlar 20 % artıb. Apreldə bu göstərici daha da artacaq.

Qeyd edim ki, ilkin avtomobil bazarında liderlik Cənubi Koreya, Yaponiya avtomobillərinə, təkrar bazarda isə ABŞ və Avropa avtomobillərinə məxsus olub".

E.Cəfərov bazarda krossoverlərin daha məşhur olduğunu vurğulayıb:
Rusiyadakı böhran Azərbaycanın avtomobil bazarına təsir edirmi?"Alıcılar ilk növbədə krossoverlərlə maraqlanır. Onların mühərrik həcmi sedanlar kimi çox da böyük deyil. Amma bu avtomobillər bir qədər hündürdür və Bakı üçün əlverişli sayılır. Qarşıdakı aylarda Azərbaycana gətirilən krossover, o cümlədən mini krossoverlərin sayının artacağı gözlənilir. May ayının sonuna qədər krossoverlərin qiymətinin kəskin artması gözlənilmir. Qiymət artımı olarsa, maksimum 2-5 % civarında ola bilər. Bu da ehtiyat hissələrin bahalaşması, daşınma qiymətlərinin artması səbəbindən ola bilər. Azərbaycanın daxili bazarında avtomobillərin kəskin qiymət artımı gözlənilmir".

E.Cəfərov ölkədə Çin avtomobillərinin satışından və onların keyfiyyətli olub-olmamasından da danışıb:

"Çin avtomobillərinə qiymətlərinin münasib olmasına görə tələbat çoxdur. Onların müəyyən komplektasiya zənginliyi olur. Çin avtomobil sənayesinin üstünlüyünə görə Cənubi Koreyadan sonra gəlir. Çin avtomobil sənayesi Rusiya avtomobil sənayesindən daha üstün sayılır. Çin həm də dünyanın bir çox tanınmış avtomobil markaları üçün ehtiyat hissələri istehsal edir. Həmçinin o markalar Çinin özündə də istehsal olunur. Digər avtomobil markaları kimi Azərbaycana gətirilən Çin avtomobillərinin də hamısı yüksək keyfiyyətli olmaya bilər. Ümumilikdə isə bu avtomobillərlə bağlı anormal bir hal yoxdur. Satışları da normaldır.
Rusiyadakı böhran Azərbaycanın avtomobil bazarına təsir edirmi?Bəzən vətəndaşlarımız Çin avtomobili almağa ehtiyat edir ki, xarab olanda onu təmir etməyə usta tapılmaz. Belə hallarla mən də rastlaşmışam ki, avtomobil alınıb, 1 ildən sonra ona servis xidmətinin göstərilməsində problemlər olub. Amma bu problem yalnız Çin avtomobillərinə deyil, digər modellərə də aiddir. Burda əsas məsələ avtomobili gətirən şirkətin etibarlı olub-olmamasıdır. Alıcılara tövsiyəmiz odur ki, avtomobil almadan öncə onun ölkəmizdə servisinin olub-olmamasını dəqiqləşdirsinlər və zəmanətsiz avtomobil almasınlar".

E.Cəfərov Azərbaycanda Rusiya avtomobillərinin də satışından danışıb:

"Rusiya avtomobilləri bölgələrimizdə həmişə populyar olub. İri şəhərlərdə isə onlar bölgələrdə olduğu qədər çox satılmır. Bəzi bölgələrdə Avropada, Yaponiyada istehsal edilən avtomobillərin servis xidməti yoxdur. Rusiya avtomobili sadə konstruksiyalıdır və xarab olanda rahat düzəlir. Amma onların əksəriyyəti müasir təhlükəsizlik tələblərinə cavab vermir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1828   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr
.

Vahid məktəbli forması: geyimdən daha böyük məsələ - məktəb mədəniyyəti, bərabərlik və tərbiyə

Məktəbli formasına münasibət cəmiyyətdə zaman-zaman müxtəlif müzakirələrə səbəb olur. Bir tərəfdən uşaqların fərdiliyi, rahatlığı və ailələrin seçim hüququ önə çəkilir, digər tərəfdən isə məktəb mühitində vahid standartın, intizamın, bərabərliyin və təhsil prosesinə uyğun geyim mədəniyyətinin qorunmasını

22 sentyabr
.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr
.

Eyni soyadlı cütlüklər daha az boşanır

Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai

22 sentyabr
.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları"

22 sentyabr
.

Bakıda maraqlı toy karvanı - Video

Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz

21 sentyabr
.

Bakının üç rayonunda işıq olmayacaq

Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v

22 sentyabr
.

Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ

Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə

21 sentyabr