Ağdaban sakini: "Atam və qardaşımı ermənilər öldürüb, bibimi və yoldaşını isə yandırıblar"

Ağdaban sakini: "Atam və qardaşımı ermənilər öldürüb, bibimi və yoldaşını isə yandırıblar""Otuz il bundan əvvəl yaşadığımız hadisələr - tökülən qanlar, qışqırtılar, ağlaşmalar, evlərin yandırıldığı - xatirələrimizdə çox pis qalıb".

Bunu "Report"un Kəlbəcərə ezam olunmuş müxbirinə açıqlamasında Ağdaban kənd sakini Qərənfil Bağırova bildirib.

Doğma yurduna 30 ildən sonra səfər edən Q.Bağırova Ağdabandan gənc yaşlarında çıxdığını deyib:

"Ermənilər səhər işə gedənə, qapıya çıxana atəş açırdılar. Kimi qapıda görürdülərsə, öldürürdülər. Kəşfiyyatçı olan atam və qardaşımı ermənilər öldürüblər, bibimi və yoldaşını isə yandırıblar.

Prezidentimiz İlham Əliyev hər zaman qürurla deyirdi ki, torpaqlar qayıdacaq. Dövlət başçımız sağ olsun ki, bu həsrətimizə son qoydu. Bu günümüzə görə çox şükür edirəm. Sevincliyəm ki, doğma yurdumuza gəlmişəm. İnsanları gülərüz gördüm. Sanki yaramıza məlhəm qoyulub".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1191   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Borc müqavilələrində gizli və ya anlaşılmaz maddələrə rast gələn şəxs hansı hüquqi proseduru izləməlidir? - AÇIQLAMA

Hər il minlərlə vətəndaş borc müqavilələrində anlaşılmaz və ya gizli maddələrlə qarşılaşır. Bu maddələr tez-tez şəxsin hüquqlarını məhdudlaşdıra və sonradan ciddi maliyyə və hüquqi problemlər yarada bilər. Bəs borc müqavilələrində gizli və ya anlaşılmaz maddələrə rast gələn şəxs hansı hüquqi prosedur

7 aprel
.

Kafe və parklardakı pulsuz Wi-Fi-lərə qoşulanlara XƏBƏRDARLIQ

İctimai məkanlarda pulsuz Wi-Fi şəbəkələrindən istifadə rahat görünsə də, bu cür bağlantılar ciddi təhlükələr yarada bilər. Xüsusilə kafe, park və ticarət mərkəzlərində istifadə olunan şifrəsiz və ya zəif qorunan şəbəkələr şəxsi məlumatların oğurlanması riskini artırır. xəbər verir ki, Kibertəhlükəsizli

7 aprel
.

Bakıda DƏHŞƏTLİ HADİSƏ - Azyaşlılar atalarının avtomobili ilə iki qadını vurdular, biri öldü

Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlının nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törətməsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sabunçu Tibb Mərkəzindən verilən birgə məlumatd

7 aprel
.

Sumqayıtda Göz Mərkəzinin açılışı olub

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanasında yaradılmış yeni Göz Mərkəzinin açılışı baş tutub. Açılış mərasimində TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tib

7 aprel
.

124 yaşlı bina hər an uça bilər (VİDEO)

Tavanlar uçub, divarlar dağılıb, döşəmə çöküb, pilləkənlər isə yararsız vəziyyətdədir. Görüntülər Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 86 nömrəli binadandır. Sakinlər deyirlər ki, sözügedən bina 1902-ci ildə inşa edilib və artıq istismar dövrünü çoxdan başa vurub. Yağışlı və küləkli günlərd

8 aprel
.

13 nömrəli avtobus sürücüləri arasında nə baş verir? "Sərnişinləri qoyub getdi" - ŞİKAYƏT

Bu gün səhər saatlarında paytaxtda ictimai nəqliyyatla bağlı növbəti narazılıq qeydə alınıb. Bu barədə -a məlumat daxil olub . Sərnişinlərin sözlərinə görə, 13 nömrəli avtobus Koroğlu metro stansiyası yaxınlığındakı dayanacağa uzun fasilədən sonra çatıb. Dayanacaqda 50-dən çox sərnişin gözlədiyi halda

8 aprel
.

Yevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic olub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsü qəza törədib. -ın məlumatına görə, Yevlax rayon sakini Elçin Şakir oğlu Heydərov 77-GO-630 dövlət nömrə nişanlı "Land Rover" markalı avtomobilin idarəetməsini itirib və yolu keçən rayon sakin

8 aprel
.

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın vəziyyəti AĞIRDIR

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağı

7 aprel
.

Sabah güclü külək əsəcək

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Gədəbəy, Göygöl, Zəngilan, Gəncə, Tovuz

7 aprel