İki uşaq anası küçədə onunla tanış olmaq istəyən kişini bıçaqlayıb
Gecə saatlarında işdən qayıdarkən onunla tanış olmaq istəyən kişini bıçaqlayan qadın məsuliyyətə cəlb olunub.
"Kriminalqafqaz"ın məlumatına görə, hadisə ötən ilin avqustunda Bərdədə baş verib.
Belə ki, rayonun Kətəlparaq kənd sakini Gülər İbrahimova (ad və soyad şərtidir) işdən qayıdarkən İsmayıl Heydərov (ad və soyad şərtidir) onun qarşısını kəsərək tanış olmağı təklif edib. Qadın buna etiraz edib. İsmayıl isə Gülər haqqında nalayiq ifadələr işlədib. Buna əsəbiləşən Gülər çantasındakı bıçaqla İsmayılın qarın hissəsinə vurub. Hadisədən sonra cinayət işi açılıb və qadın məsuliyyətə cəlb olunub. İşə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Gülər İbrahimova əməlindən peşman olduğunu bildirib:
"Geyim mağazasında satıcı işləyirdim. Hadisə baş verən gün işdən çıxıb evə qayıdırdım. Avtobus tapa bilmədiyim üçün kəndə yox, elə şəhərdə yaşayan qohumumgilə getmək qərarına gəldim. Bunun üçün müəyyən qədər yolu piyada getməli idim. Yolda gedərkən hiss etdim ki, kimsə məni izləyir. Daha sonra həmin şəxs qarşımı kəsərək tanış olmaq istədiyini və onunla pul qarşılığında görüşməyimi istədi. O, içkili idi. Aramızda mübahisə yarandı və mən özümü qorumaq üçün əvvəlcədən çantama qoyduğum bıçağı çıxararaq onun qarın hissəsinə vurdum. Bıçağın ona dəyib-dəymədiyini görmədim. Məndən əl çəkməsinə görə belə etdim. Daha sonra onun yaralandığını görüb kömək etmək istəsəm də, o uzaqlaşıb getdi. Əməlimdən peşmanam. İsmayılla barışmışam və vurduğum zərəri ödəmişəm".
Gülər İbrahimova ifadəsində onu da əlavə edib ki, həyat yoldaşından rəsmi qaydada boşanıb və himayəsində iki azyaşlı övladı var. Eyni zamanda o, birinci dərəcəli əlil olan anasına baxır.
İsmayıl Heydərov isə məhkəmədə bildirib ki, Güləri başqasına oxşatdığı üçün ona yaxınlaşıb:
"Əslində mən onu əvvəlcədən parkda gördüyüm bir qadına oxşatmışdım. Buna görə də yaxınlaşıb tanış olmaq istədim. Amma sonra həmin qadın olmadığını görəndə ondan üzr istəyib uzaqlaşmaq istədim. Həmin an Gülərin mənim kəmərimə toxunduğunu hiss etdim. Həmin yerdən uzaqlaşanda isə gördüm ki, qarnımdan qan axır. Bu zaman anladım ki, məni bıçaqlayıb. Hazırda Gülərlə barışmışıq. Ondan heç bir tələbim və şikayətim yoxdur".
Məhkəmə tərəflərin barışdığını, Gülərin himayəsində azyaşlı uşaqlar olduğunu nəzərə alaraq, ona şərti cəza verib. Gülər İbrahimovanın cəzası şərti hesab edildiyi üçün o azadlıqda qalıb və 1 il sınaq müddəti təyin edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
8 Noyabr - Şuşanın azad edildiyi gündür
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"