Prezident: "Qurban Qurbanov çox ləyaqətli hərəkət edib"

Prezident: "Qurban Qurbanov çox ləyaqətli hərəkət edib""Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil".

Bunu Prezident İlham Əliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən deyib.

"Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Çünki bilirsiniz, qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz. Həm qələbə münasibətilə, həm ləyaqətli davranış münasibətilə sizi təbrik edirəm. Əlbəttə ki, biz hamımız, bütün Azərbaycan xalqı sizdən yeni qələbələr gözləyir", - dövlət başçısı vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1556   Tarix: 08 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsi kimi əbədi yaşayacaq. Bu, yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbə deyil, onilliklər boyu davam edən torpaq həsrətinin sona çatması, milli ləyaqətimizin bərpas

7 noyabr
.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

7 noyabr
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

5 noyabr
.

"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva

8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın

7 noyabr
.

UluÖndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri

"Konstitusiya hər bir xalqın, dövlətin hüquqi qüvvəyə malik olan, ən ali sənədidir. 12 noyabr 1995-ci ildə referendum əsasında qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının müstəqillik illərindən sonra rəsmi olaraq qəbul etdiyi ilk konstitusiyadır. Dövlətimizin mövcud olduğu illər ərzind

6 noyabr
.

Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:. "Azərbaycan Respublikasının Prezidenti Zati-alilari cənab İlham Əliyevə. Cənab Prezident, əziz Qardaşım. Otuz il işğal altınd

7 noyabr
.

İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

"Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ildə isə "Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişaf

5 noyabr
.

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video

Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

4 noyabr
.

Prezident bu şəxslərə ali hərbi rütbələr verdi - Adlar

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:. "general-leytenant" hərbi rütbəsi

7 noyabr