Ağdaban sakinləri: "Ermənilər əqli-qüsurlu şəxsin əllərini bağlayıb yandırmışdılar" - FOTO/VİDEO
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ermənilərin 30 il əvvəl Kəlbəcər rayonunun Ağdaban kəndində törətdiyi qətliamla əlaqədar videomaterial və infoqrafika hazırlayıb.
Videomaterialda Ağdaban sakinləri şahidi olduqları faciə haqqında məlumat verib, ermənilərin qadın, qoca və azyaşlıları belə amansızlıqla qətlə yetirdiyi haqqında danışıb.
İnfoqrafikada isə Ağdaban kəndinin ərazisi, əhalisi və onların əsas məşğulluğu haqqında məlumat verilib. Eyni zamanda, kəndin işğalı nəticəsində törədilən cinayətlərin statistikası və maddi-mədəni irsə vurulan ziyan haqqında informasiya yerləşdirilib.
"Bizim kənddə dilsiz-ağızsız, yəni əqli cəhətdən zəif olan Musa adlı biri var idi. O, qaçmaq nədir belə onu bilmirdi. O düşünürdü ki, erməni mənə nə edə bilər ki, axı mən ona nəsə etməmişəm. Ermənilər onun əllərini bağlayıb, ot tayasında yandırmışdılar. Anası isə onun harayına yürüyəndə, onu da divara dirəyib ağzından güllələmişdilər", - şahidlərdən biri deyib.
Qeyd edək ki, 1992-ci ilin aprel ayının 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun Ağdaban kəndində faciə törədilib. Dinc əhaliyə qarşı törədilən faciə zamanı 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarətləri yetirilib, 5 nəfər girov götürülüb. 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. 130-dan çox ev tamamilə yandırılıb.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib./Oxu.az

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1529 Tarix: 08 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
7 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrUşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
8 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabr