"BakıKart" terminalları yığışdırılır - Əhali nə etsin? - AÇIQLAMA
Son dövrlər "BakıKart" aparatları dayancaqlardan yığışdırıldıqdan sonra vətəndaşlar arasında xeyli narazılıqlar yaranıb. İnsanların rahatlığına görə, "MilliÖN"lərdə "BakıKart"a pul yükləmək funksiyasının açılması nəzərdə tutulsa da, digər aparatların yığışdırılması narahatlıqlara səbəb olub.
Belə ki, şikayətlərə əsasən, bir çox "MilliÖN"lər karta pul yükləmək istəyən zaman "xəta" verir. "BakıKart" aparatlarının da yığışdırılması ilə insanlar lap pis vəziyyətdə qalıblar. Bu problem necə həll olunacaq? Aparatların dayanacaqlardan yığışdırılmasının səbəbi nədir?
Mövzu ilə bağlı Sonxeber.az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlama verib.
O bildirib ki, "BakıKart"ın balansının daha rahat artırıla bilməsi üçün müasir texnologiyalara əsaslanan yeni imkanlar yaradılıb:
"Avtobus dayanacaq məntəqələrindən ödəmə terminallarının götürülməsi əsasən provayderlərin səlahiyyətinə aid məsələ olduğundan bu barədə hər hansı bir fikir söyləmək istəməzdim. Lakin bu proses "BakıKart"ın balansını artırmaq imkanının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Tam əksinə, əvvəlki vaxtlarla müqayisədə hazırda sərnişinlərimizə "BakıKart"ın balansını artıra bilməsi üçün daha geniş imkanlar təqdim edilir. Ötən ilin sentyabrından başlayaraq, sərnişinlərimizin "BakıKart"ın balansının daha rahat artırması üçün müasir texnologiyalara əsaslanan əlavə imkanlar yaradılıb. Nəticədə, artıq avtobus dayanacaq məntəqələrindən kənarda da sərnişinlərimiz "BakıKart"ın balansını artıra bilərlər. Belə ki, əvvəllər sərnişinlərimizin istifadəsində avtobus dayanacaq məntəqələrində 197 ədəd "MilliÖn" və 50 ədəd "BakıKart" terminalı mövcud idi. Sentyabrda tətbiq edilən yenilik sayəsində hazırda bütün "MilliÖn" terminalları "BakıKart" ödənişlərini qəbul edir. Birdən-birə sərnişinlərimizin ödəniş etmə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb, genişlənib. Yəni "MilliÖn" terminalları vasitəsilə etdiyiniz digər ödənişlər kimi, "BakıKart" balansınızı da artıra bilərsiniz".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5578 Tarix: 08 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
7 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrUşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
8 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabr