Bakıda metrosunda YENİLİK: Platformalarda təhlükəsizlik səddi quraşdırılacaq
Bakı metropoliteni Bənövşəyi xətt üzrə inşa edilən stansiyalarda sərnişin platformasında təhlükəsizlik səddinin quraşdırılmasını nəzərdə tutur.
Sonxeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, yeni nəsil qatarlar təhlükəsizlik səddi üçün müvafiq infrastruktura malikdir.
"Hazırda istismarda olan köhnə qatarlarda belə bir funksiya yoxdur. Həmçinin Yaşıl və Qırmızı xətt üzrə olan stansiyalarda da bu məsələ əvvəldən planlaşdırılmayıb. Hazırda tikintisi davam etdirilən və 3 stansiyası istifadə olunan Bənövşəyi xəttdə təhlükəsizlik səddinin quraşdırılması inşaat baxımından nəzərə alınıb.
Bununla yanaşı, Qırmızı xətt üzrə olan "28 may" stansiyası köhnə tikili olmasına baxmayaraq bu stansiyada təhlükəsizlik səddinin quraşdırılmasını mümkünlüyü ilə bağlı araşdırma aparılıb.
Məlum olub ki, bu stansiyada təhlükəsizlik səddinin tikilməsi üçün əlavə bünövrə bərkidilməsi aparılmalıdır. Yəni həmin stansiyada da təhlükəsizlik səddi quraşdırmaq mümkündür", - deyə B. Məmmədov bildirib.
O qeyd edib ki, hazırda bu istiqamətdə araşdırma işləri davam etdirilir:
"Ehtiyac yaranarsa, gələcəkdə stansiyaların platformalarında təhlükəsizlik səddi quraşdırıla bilər. Bunun üçün uzun müddət vaxt və böyük vəsait lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1246 Tarix: 08 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabrSəhiyyə Nazirliyindən Səyyad Arana - Cavab
Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind
21 sentyabrBulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı
22 sentyabrBakıda bu məktəblər distant təhsilə keçdi
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək
22 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabr