Azərbaycanda it-pişik saxlayanlara PİS XƏBƏR
Azərbaycana idxal edilən it-pişik yemlərinin 70 %-i Rusiyanın payına düşür. Son ay yarım ərzində mövcud problemlərə görə qonşu dövlətdən idxal olunan digər məhsullar kimi, bu yemlərin də tədarükündə risklərin ola bilmə ehtimalı ortaya çıxıb.
Çünki Rusiyanın özündə belə yaxın müddət ərzində heyvan yemi çatışmazlığı gözlənilir. Orada daxili bazar iştirakçıları tələbatın artdığını qeyd edirlər. Bəzi ekspertlər yem çatışmazlığını Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") onların bəzi növlərinin idxalına məhdudiyyət qoyması ilə də əlaqələndirirlər. Həmin qərar ötən ilin yayından etibarən qüvvədədir.
Baş verənlər fonunda Rusiyada ev heyvanları üçün quru yemin qiyməti nəzərəçarpacaq dərəcədə artıb - bəzi məhsullar üçün qiymət bir həftə ərzində iki dəfə yüksəlib.
Avropadan Rusiya bazarına tədarüklə bağlı problemlər də var - nəqliyyat tapmaq və təchizatçılara ödəniş təşkil etmək çətindir. Bu baxımdan, Rusiya yem istehsalçıları idxal olunan xammal çatışmazlığı ilə üzləşə bilərlər.
Daxili bazarda belə problemlərlə üzləşən Rusiyanın indiki şəraitdə Azərbaycana hansı şəkildə məhsul göndərəcəyi sual altındadır.
"Report" bu suala cavabı daxili bazar iştirakçıları ilə araşdıraraq tapmaq qərarına gəldi.
Heyvan mağazalarından birinin rəhbəri Teyyub Səlimov bildirib ki, it-pişik yemlərində qıtlıq yaşanmır:
"Rusiya-Ukrayna müharibəsi başladığı ilk 20 gündə daşınmada, məhsulların gətirilməsində problem yarandı. Hazırda isə it-pişik yemləri normal şəkildə gətirilir. Doğrudur, qiymətlərdə artım var. Bütün məhsullarda 2 manata qədər artım müşahidə olunur".
Heyvan yemlərinin Azərbaycana kütləvi gətirilməsi ilə məşğul olan iş adamı Xaləddin Həsənov bildirib ki, daimi partnyorlarla çalışdıqları üçün hazırda it-pişik yemlərinin ölkəyə gətirilməsində heç bir problem yoxdur:
"Nə qədər mal sifariş ediriksə, o qədər də gəlir. Qiymət artımına gəlincə, bu indiki vəziyyətdə qaçılmazdır. Lakin problemlərin tezliklə həll olunacağına ümid edirik".
Başqa bir iş adamı – Elman Xasıyev də bazarda qıtlığın olmadığını deyir:
"Bəzi problemlər yaşasaq da, indi vəziyyət sabitdir. Sifarişçilərimizə çatacaq qədər mal gətirə bilirik. Amma gələcəklə bağlı konkret söz verə bilmərəm. Sabah nəyin necə dəyişəcəyini demək olmaz"./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1628 Tarix: 08 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
7 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrUşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
8 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabr