Hacıyev Pakistanın TV rəhbərliyi ilə görüşdü
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Pakistanın nüfuzlu "BOL" Media Qrupunun rəhbəri Ayşə Şeyxi, Qrupun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Syed Savez Alini, eləcə də "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədovu qəbul edib.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə AzTV və "BOL" Media Qrupu arasında imzalanan Anlaşma Memorandumu və iki ölkə xalqlarının dostluq və qardaşlıq münasibətlərinin təşviqi məsələləri müzakirə edilib.
Həmçinin qeyd edilib ki, bu amillər iki ölkə arasında bir sıra sahələrin, həmçinin informasiya texnologiyalarının inkişafına kömək edəcək.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində Pakistanın göstərdiyi dəstəyi yüksək qiymətləndirir.
Prezidentin köməkçisi hazırda Qarabağda yenidənqurma və bərpa işlərinin aparıldığını, ermənilərin bu bölgədə Azərbaycana məxsus tarixi-mədəni irsi dağıtdığını və minalar döşədiyini qonaqların diqqətinə çatdırıb. Onun sözlərinə görə, ermənilərin basdırdığı hər minanın əvəzinə sevgi və xeyirxahlıq naminə ağac əkiləcək.
O da qeyd olunub ki, "BOL" Media Qrupu və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin imzaladığı Anlaşma Memorandumu vasitəsilə hər iki media qurumu arasında sənədli filmlərin, verilişlərin mübadiləsi və mədəni əlaqələrin təşviqi, həmçinin təlimlərin keçirilməsi nəzərdə tutulub.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1101 Tarix: 09 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
6 noyabrİlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı
Prezident İlham Əliyev Media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycanda medianın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:. "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"
5 noyabrPrezidentin sakinlə zarafatı - "Qonşuyuq?"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev
6 noyabrAzərbaycanda yeni aqropark yaradılır: Yarım milyon manat ayrıldı
Prezident İlham Əliyev Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Fərman işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifad
5 noyabrPrezident Ağdamda zeytun ağacı əkdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub. "Qafqazinfo" xəbər verir ki, "Aqroinkişaf 2017" MMC-nin direktoru Ruslan Sadıxov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirildi ki, şirkət tərəfində
7 noyabr