Bakıda avtomobillə adam öldürən qaziyə HÖKM OXUNDU - FOTO
Ötən ilin yayında yol kənarında hərəkətdə olan piyadanı sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə vurub öldürən qaziyə hökm oxunub.
"Kriminalqafqaz"ın məlumatına görə, Vətən müharibəsi qazisi, 26 yaşlı Süleyman Cəfərli avqustda Yeni Yasamalda idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobilin idarəetməsini itirərək, yolun kənarındakı 24 yaşlı Əlirza Babazadəni vurub.
Ə.Babazadə aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən S.Cəfərli bildirib ki, özünü günahkar bilir və mərhumun ailəsinin onu bağışlamasını xahiş edir:
"Özüm 3-cü qrup əliləm. Müharibədə sol ayağımı itirmişəm. Hazırda protez ayaqla gəzirəm. Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilmişəm. Hadisə baş verən gün qardaşımı aparıb iş yerinə qoydum. Qardaşımı iş yerinə qoyub qayıdanda həmin ayağımda qaşınma oldu. Əyilib onu qaşıyanda idarəetməni itirdim.
Qarşıdan gələn avtomobillə toqquşmamaq üçün maşını sol tərəfə sürdüm. Elə həmin anda da maşının qabağına nəyinsə dəydiyini gördüm. Bütün bunlar saniyələr içində oldu. Hadisə zamanı avtomobili 60-70 km/saat sürətlə idarə etmişəm. Tez aşağı düşəndə gördüm ki, bir nəfər yerdə uzanıb. Ətrafda olan polislər və sakinlər də hadisə yerinə toplaşdılar.
Mən onu öz maşınımla xəstəxanaya aparmaq istəsəm də, dedilər ki, artıq təcili yardım çağırılıb və çatır. Daha sonra mən onun vəziyyəti ilə maraqlandım və dedilər ki, orta-ağırdır. Dəfələrlə maddi olaraq kömək etmək istəsəm də, qəbul etmədilər. Daha sonra öldüyünü eşitdim. Bundan sonra da ailəsinə baş sağlığı vermək üçün yasa getmək istədik. Amma qəbul etmədilər. Çox peşmanam və istəyirəm ailəsi məni bağışlasın".
Mərhumun atası məhkəmədə verdiyi ifadədə bildirib ki, Əlirza evin tək oğlu olub:
"Əlirza səhər işə gedirmiş və taksi sifariş edib. Həmin vaxt o, S.Cəfərlinin gəldiyi yolun əks istiqamətində olub. Həmin yolda sürət həddi 60 km/saatdır, amma hadisəni törədən adam 120 km/saat sürətlə hərəkət edib. O, idarəetməni itirib və əks yola keçərək, Əlirzanı vurub. Bundan sonra oğlum yolda dayanan "KİA Optima" markalı avtomobilin üzərinə düşüb. Ordan təcili yardımla xəstəxanaya aparıblar. Daha sonra biz onu alıb Masallı rayon xəstəxanasına apardıq.
Həkimlər oğlumun vəziyyətinin yaxşı olmadığını və beyin ölümünün reallaşdığını bildirdilər. Buna görə Əlirzanı yaşadığımız rayonun Ərkivan qəsəbəsində yerləşən evimizə apardıq. Onun evimdə ölməsini istədik. Əgər Süleyman oğluma kömək etsəydi, hadisə yerindən qaçmasaydı, mən onun həbs edilməsini istəməzdim".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Süleyman Cəfərlinin cəzası şərti hesab edilib. Bu səbəbdən o azadlıqda qalıb və ona iki il sınaq müddəti təyin edilib.



Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2628 Tarix: 11 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kürdəmirdə qardaş bacısını qətlə yetirdi
Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl
15 sentyabr 2021Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini
25 avqust 2021Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO
Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov
22 avqust 2021Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü
Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo
30 avqust 2021Azərbaycanda oğul atasını baltayla öldürdü
2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind
1 sentyabr 2021Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."
Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa
30 avqust 2021Balakəndə narkotacirlər ələ keçdi
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə
28 avqust 2021DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib
2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə
17 sentyabr 2021