Azərbaycan quru sərhədlərini nə vaxt açacaq? - Komitə sədrindən AÇIQLAMA
Mayın 1-dən etibarən Azərbaycan digər ölkələrlə quru sərhədlərini açır.
Sözügedən məsələ ilə bağlı hökumət səviyyəsində müzakirələr bitib və yaxın günlərdə aidiyyəti qurumun rəsmi açıqlaması olacaq. Uzun müddət idi ki, deputatlar da hökumətə bu barədə çağırışlar edirdi.
Bəzi ölkələr Azərbaycanla quru sərhədlərini açsa da, ölkəmiz geri addım atmırdı. Baxmayaraq ki, uzun müddətdir ki, ölkənin epidemioloji durumunda sabitlik müşahidə olunur.
Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərgahdan bu dəfə də cavab ala bilmədik.
Sonxeber.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Bizim.media"-ya bildirib ki, quru sərhədlərin açılması məsələsində ləngiməyin bir adı yoxdur: Deputat quru sərhədlərin turizm mövsümü ərəfəsində açılmasını vacib hesab edir:
"Azərbayacana gələn istər xarici vətəndaşlar, istərsə də Rusiya və digər ölkələrdə yaşayan həmvətənlərimiz öz işlərini planlamalıdırlar. Nəhayət ki, quru sərhədlri açmaq və nəzarəti yumşaltmaq lazımdır. Türkiyədən gələn vətəndaşlarımızdan mütləq test tələb olunur, test nəticəsi olmayanı təyyarəyə buraxmırlar. Testi elə Bakıda etmək lazımdır. Onun bizə nə xeyri var? Nümunə elə Bakıda götürülsün, nəticə pozitiv çıxacaqsa, burada da nəzarətə götürülsün. Bu prosedurları bir qədər yüngülləşdirmək lazımdır".
Qeyd edək ki, quru sərhədlər vətəndaşlarımızın üzünə 2020-ci ilin martından etibarən bağlıdır və səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə reallaşır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 11930 Tarix: 12 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xalq artistindən iddia: "Səfər zamanı qonorarlarımızı vermədilər"
Xəbər verdiyimiz kimi, Xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı iddialar irəli sürüb. Axşam.az-ın məlumatına görə, opera ifaçısı teatr kollektivinin Omana səfəri zamanı yaşananlarla bağlı qalmaqallı paylaşım edib. O bildirib ki, səfər zamanı aktyorlara qonora
7 aprelBirinci sinfə qeydiyyat prosesinə hazırlıq: Valideynlərin diqqətinə
Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması aprelin 15-dək uzadılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Qeyd edilib ki
7 aprelSədrin işdən çıxardığı müavini nazir müşaviri təyin olundu - FOTO
Müdafiə sənayesi naziri Vüqar Mustafayevə yeni müşavir təyin olunub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb. Əmrə əsasən, Tariyel Mirzəyev nazirin müşaviri təyin edilib. Qeyd edək ki, T.Mirzəyev bu təyinatdan əvvəl "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ni
8 aprel124 yaşlı bina hər an uça bilər (VİDEO)
Tavanlar uçub, divarlar dağılıb, döşəmə çöküb, pilləkənlər isə yararsız vəziyyətdədir. Görüntülər Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 86 nömrəli binadandır. Sakinlər deyirlər ki, sözügedən bina 1902-ci ildə inşa edilib və artıq istismar dövrünü çoxdan başa vurub. Yağışlı və küləkli günlərd
8 aprelZamirə Ədilova vəzifəsindən ayrıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Zamirə Ədilova sözügedən vəzifəyə 2023-cü ildə təyin olunmuşdu
8 aprelSumqayıtda Göz Mərkəzinin açılışı olub
Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanasında yaradılmış yeni Göz Mərkəzinin açılışı baş tutub. Açılış mərasimində TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tib
7 aprelAğdaban faciəsindən 34 il ötür
Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 34 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib. 130 evdən ibarət olan kəndin işğal
8 aprel