Deputat: "Müəllimlər arasında narkotikdən istifadə edənlər də var"

Deputat: "Müəllimlər arasında narkotikdən istifadə edənlər də var""Təəssüf ki, bu gün ölkədə müəllimlər, şagirdlər arasında narkotik vasitələrdən istifadə halları var. Hətta məktəblərdə dərs deyən qadın müəllimlərin içərisində siqaretdən istifadə halları xeyli artıb. Bu da şagirdlər üçün böyük təhlükədir. Çünki uşaq gördüyünü götürür. Bununla hamılıqla mübarizə aparmaq lazımdır. Bunun qarşısını indidən almasaq, gələcəkdə dəhşətli faciələr baş verəcək".

Bu fikirləri Bakupost.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkilinin sözlərinə görə, məktəblərin daxilində şagirdləri narkomaniyaya cəlb etmək mümkün olmayanda kənarda buna cəhd göstərilir:

"Məktəblərdə narkomaniya əleyhinə təbliğat sıfır səviyyəsindədir. Halbuki hər bir sinifdə həftədə bir gün, bir dərs məhz narkomaniyanın dəhşətli zərərlərinə, bu bəlanın gətirdiyi fəsadlara həsr olunmalıdır. Narkomaniya əleyhinə filmlər nümayiş etdirilməlidir. Şagirdlər arasında çox ciddi təbliğat aparılmalı və onlara narkomaniya, onun zərərləri barədə doğru məlumat verilməlidir ki, onlar ayıq-sayıq olsunlar. Kiminsə tələsinə düşüb narkomaniyanın qurbanına çevrilməsinlər".

Millət vəkili qeyd edib ki, cəmiyyət olaraq ölkədə narkomaniyaya qarşı dirəniş göstərilməlidir:

"Təəssüf ki, hələ ki, cəmiyyət buna səfərbər olmur. İnsanları səfərbər etmək istiqamətində atılan addımlar yetərli deyil. Narkomaniyanın qarşısının alınması, vəziyyətdən çıxış yolları da indiki məqamda lazımi səviyyədə müzakirə olunmur. Ölkədə narkomaniyadan əziyyət çəkənlərin statistikası da düzgün aparılmır. Statistika 25-30 min göstərilir. Yalandır. Onun on qatıdır. Düzgün statistika gizlədilir. Tək polisin rolu ilə narkomaniya ilə mübarizə aparılır. Bu, tək polisin öhdəsindən gələcəyi bir iş deyil. İstəsə belə, gələ bilməz. Cəmiyyət olaraq narkomaniya ilə mübarizəyə qoşulmalıyıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2731   Tarix: 12 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr