Bakıda mağazalarda satılan "Kinder"lərdə təhlükə var?

Bakıda mağazalarda satılan "Kinder"lərdə təhlükə var?"Azərbaycana idxal olunan "Kinder Surprise" yumurtalarında salmonella bakteriyası aşkarlanmayıb".

"Qafqazinfo" xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli Milli Məclisdəki çıxışında bildirib.

O vurğulayıb ki, dünyada "Kinder" məhsullarının yığışdırılması ilə əlaqədar belə bir həyəcan təbili yoxdur: "Bununla bağlı həyəcan təbili yalnız "Kinder"in Belçikada istehsal olunan növləri ilə əlaqədardır. Çünki İtaliyanın "Ferrero" şirkətinin dünyanın bir sıra aparıcı ölkələrində onlarla istehsal müəssisələri var. Eyni zamanda bizim qonşu Rusiyada və Türkiyədə də onların istehsal müəssisələri var. Söhbət Belçikada müəyyən aralıqlarla istehsal olunan "Kinder"in 6 növündən gedir.

Həmin məhsulların da Böyük Britaniya, İrlandiya, Fransa, Almaniya və İsveçdə partiyaları gedib. İlk dəfə olaraq Böyük Britaniyada Belçikada o aralıqla istehsal olunmuş və saxlanma müddəti həmin aralıqları əhatə edən məhsulların tərkibində salmonella olması şübhəsi yaranıb. Amma təsdiqlər hələ ki, yoxdur. "Ferrero" şirkəti də bu riski dəyərləndirərək baş verə biləcək təhlükənin qarşısını almaq üçün özü təşəbbüs göstərib və adıçəkilən ölkələrdən, həmçinin də o ölkələrdən partiyaların göndərildiyi digər ölkələrdən geri çağırılmasını həyata keçirib".

Qoşqar Təhməzli əlavə edib ki, bu məhsullardan Azərbaycana da bəzi partiyalar gəlib: "Həmin məhsullar idxal zamanı ekspertiza olunub və heç birinin tərkibində salmonella aşkarlanmayıb. İstər Səhiyyə Nazirliyi, istərsə də bizim quruma salmonella ilə bağlı heç bir təcili bildiriş vərəqəsi daxil olmayıb. Hazırda mağazalarda satılan məhsullar o partiyaya aid deyil. Bu o demək deyil ki, "Kinder" bütün partiyalarını geri çağırmalıdır. Yəni digər istehsal müəssisələrində və digər tarixlərdə istehsal olunan məhsullar satılmağa davam edə bilər. Eyni zamanda geri çağırılmış məhsullar da o demək deyil ki, təhlükəli məhsullardır. Bu məhsullar şirkətin ambarında yığıldıqdan sonra bizim tərəfimizdən təkrar ekspertizalar həyata keçiriləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2285   Tarix: 12 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr