Bakıda əməliyyat: "Kriminal avtoritet" üçün pul yığanlar tutuldular - TƏFƏRRÜAT

Bakıda əməliyyat: "Kriminal avtoritet" üçün pul yığanlar tutuldular - TƏFƏRRÜATBakı sakininə hədə-qorxu gələrək pulunu və əşyalarını ələ keçirən dəstə üzvlərinə hökm oxunub.

"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martında baş verib. Belə ki, Gürcüstan vətəndaşı Ceyhun Musayev əlbir olduğu Fərhad Məlikov (soyad şərtidir) və Ramil Hüseynovla (soyad şərtidir) birlikdə şəhər sakini Emin Həsənova (soyad şərtidir) zor tətbiq edərək 1500 manat pul tələb ediblər.

Eminin üzərinə bıçaq çəkən dəstə üzvləri pulu həbsdə olan və "kriminal avtoritet" hesab edilən, özlərinin isə "böyük qardaş" adlandırdıqları şəxs üçün sovqat göndərmək məqsədilə istədiklərini bildiriblər. Hədələrdən qorxan Emin Həsənov onların istədikləri pulun bir qismini verib.

Məhkəmədə ifadə verən dəstə üzvlərindən biri, Ceyhun Musayev bildirib ki, Eminlə əvvəlcədən tanış olublar və ona qarşı heç bir hədə-qorxu olmayıb:

"Biz onunla 2021-ci ilin fevral ayında tanış olmuşduq. Tez-tez görüşmüşük, birlikdə yemək yemişik. Bir gün o mənə dedi ki, borcu var və buna görə ona köməklik edim. Mən də ona borc olaraq 1500 manat verdim. Bir müddət sonra ondan pulumu istədim. Həmin puldan 300 manat verdi. Biz onun maşınını qaçırmamışıq. Öz razılığı ilə götürmüşəm. Bundan əvvəl də dəfələrlə ondan maşını götürüb öz işimə görə istifadə etmişəm. Onunla aramızda heç bir anlaşılmazlıq olmayıb. Mən dostlarımla birlikdə ona hədə-qorxu gəlməmişəm. Onu qorxutmaq üçün bıçaqdan da istifadə olunmayıb".

Dəstənin digər üzvü Fərhad Məlikov da ifadəsində Ceyhunun sözlərini təsdiqləyib:

"Mən Ceyhunu iki ilə yaxındır ki, tanıyıram. Emini də Ceyhunun vasitəsilə tanımışam. Dəfələrlə birlikdə oturub yemək yeyib, çay içmişik. Bir neçə dəfə Ceyhunla birlikdə Emindən pul götürməyə getmişik. Pulu istəyəndə Emin bildirmişdi ki, imkanı yaxşı deyil, qaytaracaq. Avtomobili götürəndə Emin atasının evdə olduğunu, aşağı düşə bilmədiyini demişdi. Açarın yerini Ceyhuna deyəndən sonra biz maşını götürmüşük. Telefonla bağlı isə heç bir məlumatım yoxdur. Eminin telefonunu kiminsə götürməsini görməmişəm".

Ramil Hüseynov da ifadəsində dostlarının sözlərini təsdiqləyib və bildirib ki, Emin özü onunla tanışlıq yaradıb.

Məhkəmə iclasında ifadə verən zərərçəkən Emin Həsənov bildirib ki, bu şəxslər onu açıq şəkildə təhdid edərək pulunu və telefonunu alıblar:

"Məndən 1500 manat pul istəmişdilər. O qədər pulumun olmadığını onlara dedim. Bundan sonra iki dəfə məndən 150 manat olmaqla 300 manat götürüblər. Bundan sonra bir axşam həyətdən maşınımı qaçırdılar və fotosunu mənə ataraq satacaqlarını dedilər. Hər dəfə mənə bıçaqla hədə-qorxu gəlirdilər. Polisə şikayət etdiyim təqdirdə isə məni cəzalandıracaqlarını bildirdilər. Buna görə də heç kimə bu barədə deyə bilmirdim. Daha sonra yenə məndən pul istəyəndə imkanım olmadığını dedim. Bu zaman onlar əlimdəki "iPhone X" telefonunu görüb dedilər ki, onlara verim. Mən inkar edəndə isə zorla əlimdən aldılar. Telefonun da qiyməti 600 manat idi. Bundan sonra yenidən məndən 4000 manat istədilər. Hər dəfə məndən pul istəyəndə də deyirdilər ki, bunu həbsdə olan və "kriminal avtoritet" hesab edilən, özlərinin isə "böyük qardaş" adlandırdıqları şəxs üçün sovqat göndərmək üçün istəyirlər".

Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə quldur dəstənin üzvləri olan Fərhad Məlikov və Ramil Hüseynov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Ceyhun Musayevə isə 10 il həbs cəzası verilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 4205   Tarix: 12 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu

Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Amansızlıqla qətl

8 oktyabr
.

Qubada 21 yaşlı oğlan müəmmalı şəkildə öldü

Qubada gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 29-u saat 01 radələrində Birinci Nügədi kəndində baş verib. 2005-ci il təvəllüdlü Cəfərov Səbuhi Azər oğlu yaşadığı evdə naməlum səbəbdən ölüb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyi

29 sentyabr
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Qonaqlıqda yeyib-içən tanışların mübahisəsi ölümlə bitdi - Yenilənib

Bərdədə qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Molla Əhmədli kəndində 200-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqlanaraq öldürülüb. Onun qətlində tanışı 1996-cı il təvəllüdlü Cavad Hüseynov şübhəli bilinir. İlkin məlumata görə, tərəflər qonaqlıqda yeyib-içərkən aralarında mübahis

30 sentyabr
.

"Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş

Bakıda "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Cəlal Mirağayevi qətlə yetirməkdə şübhəli bilinən Emin Qoşqar oğlu Rəhimov ("Sabunçu Emin" ləqəbli) və dostu Elmar Sücayət oğlu Cəfərov başqa cinayətə görə axtarışda olublar. xəbər verir ki, bu, Baş Prokurorluğun bu gün yaydığı məlumatda

27 oktyabr
.

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var

Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda

21 oktyabr
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

1 oktyabr
.

Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı

Abşeron rayonunda 21 yaşlı oğul anasını yandıraraq öldürüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli atası, anası və iki bacısı ilə bir evdə yaşayıblar. Məlumata görə, onun valideynləri arasında mütəmadi mübahisələr olub

5 noyabr
.

Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş

Bakıda Xətai rayonu, General Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab Hava" restoranında qətlə yetirilən "Ceyhun Sabunçu" ləqəbli şəxsin kimliyi bilinib. xəbər verir ki, bu, Baş Prokurorluğun bu gün yaydığı məlumatdan aydın olur. Bildirilib ki, qətlə yetirilən şəxs 1983-cü i

27 oktyabr