Qurban Qurbanov 50-ni tamamladı
Bu gün azərbaycanlı məşqçi Qurban Qurbanovun yubileyi – 50 yaşı tamam olur.
Oxu.Az-ın xəbərinə görə, Q.Qurbanov 13 aprel 1972-ci ildə Zaqatalanın Aşağı Tala kəndində anadan olub.
Altıuşaqlı ailənin sonuncu övladı olan Qurban Qurbanov uşaq vaxtlarından futbolla məşğul olmağa başlayıb. Həvəskar futbolçu karyerasına 1988-ci ildə Mingəçevirin "Kür" komandasında başlayan Q.Qurbanov Gürcüstanın "Mertskali" komandasında çıxış edib.
Onun peşəkar karyerası isə doğma Zaqatalanın "Daşqın" komandası ilə başlayıb. Daha sonra onun karyerası "Alazani" (Gürcüstan), "Turan" (Tovuz), "Kür-Nur" (Mingəçevir), "Neftçi", "Dinamo" (Stavropol, Rusiya), "Baltika" (Rusiya), "Fakel" (Rusiya), "Neftçi", "Fakel" (Rusiya), "Volqar-Qazprom" (Rusiya), "Neftçi" və "İnter" komandalarında davam edib. Göründüyü kimi, üç dəfə yolu Azərbaycanın ən köklü klubu "Neftçi" ilə kəsişən Q.Qurbanov hücumçu kimi peşəkar klub karyerasında 400-dən çox rəsmi oyun keçirib, 180-dən çox qol vurub. Bu müddətdə "Turan"la 1, "Neftçi" ilə 3 dəfə Azərbaycan çempionu olub. 1996/97 mövsümündə "Neftçi"də çıxış etdiyi vaxt çempionatın ən çox qol vuran futbolçusu ünvanına sahib çıxıb.
1992-2005-ci illərdə Azərbaycan millisində çıxış etmiş Q.Qurbanov 68 oyuna 14 qol vurub. Bu nəticə ilə o, indiyədək Azərbaycan millisinin ən sərrast futbolçusu adını qoruyub saxlayır. 1993-cü ildə İranın paytaxtı Tehranda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərinin turnirində Qazaxıstan U-21-i ilə görüşdə dubl edib. Bundan sonra ardıcıllıqla Farer adaları, Belarus, Türkmənistan, Lixtenşteyn, Estoniya, Lixtenşteyn, Serbiya və Çernoqoriya (3 qol), Moldova, Özbəkistan və Latviyada qollar vurub. Təbii ki, bu qollar içərisində ən yadda qalanı AVRO-2004-ün seçmə mərhələsi çərçivəsində ovaxtkı Serbiya və Çernoqoriyanın qapısına hər iki oyunda yol tapması olub.
Futbolçu karyerasını bitirdikdən sonra "İnter" klubunda (indiki "Şamaxı") idman direktoru kimi işə başlayan Q.Qurbanov "Neftçi"də 2006-2007-ci illərdə baş məşqçi işləyib. O, 2008-ci ildən türkiyəli məşqçi Rasim Karanı əvəzləyərək "Qarabağ"a baş məşqçi təyin olunub. Bu müddətdə o, "Qarabağ"a 7 dəfə çempionluq yaşadıb, 4 dəfə Azərbaycan kubokunu qazandırıb. 2017/18 mövsümündə "Qarabağ"la Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandırmaqla Azərbaycanda bu nəticəyə imza atmış ilk və hələ ki yeganə baş məşqçi kimi tarixə düşüb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 982 Tarix: 13 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - VİDEO
UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən "Seltik" - "Beşiktaş" matçından (3:2) sonra maraqlı hadisə yaşanıb. -a istinadla xəbər verir ki, Şotlandiya klubunun kolumbiyalı hücumçusu Kamilo Duran azərbaycanlı azarkeşə jest edib. O, qarşılaşma başa çatdıqdan sonr
7 noyabr"Kəpəz"dən gözlənilməz çıxış - 7 oyundur uduzmur
"Kəpəz" son iki ayda keçirdiyi 7 qarşılaşmada məğlubiyyətlə üzləşməyib. "Qafqazinfo" xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi Gəncə təmsilçisi bu müddətdə 5 qələbə qazanıb, 2 heç-heçə edib. Komanda Misli Premyer Liqasında "Qəbələ"ni (1:0), "Araz-Naxçıvan"
2 noyabr"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
"Kəpəz" klubu "Turan Tovuz"un rekordunu yeniləyib. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Azərbaycan kubokunun II təsnifat mərhələsinin "Kəpəz" - "Baku Sportinq" qarşılaşmasını (3:1) 500 tamaşaçı izləyib. Bu, turnirin indiki formatda keçirildiy
30 oktyabr"Qarabağ" 11 ildən sonra ardıcıl üç oyunda heç-heçə edib
"Qarabağ" 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç-heçə edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Belə ki, "Neftçi" (3:3), "Sabah" və "Qəbələ" (hər ikisi 0:0) ilə matçların hərəsində bir xal qazanan 1
3 noyabr"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib
"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Amanda məlumat verib. O, noyabrın 5-nə keçən gecə, 80 yaşında ölüb. Sabiq pilot xərçəng xəstəliyindən vəfat edib. Xatırladaq ki, Alan Cons 1980-ci ildə "Formul
5 noyabrAzərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb
Misli Premyer Liqasının XI turu "Zəfər turu" elan edilib. Bu barədə -a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib. PFL Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib. XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək. Xatırlada
4 noyabrDÇ-2028: Azərbaycan - Latviya oyununun hakimləri açıqlanıb
Futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan - Latviya oyununun hakimləri bəlli olub. Bu barədə -a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən bildirilib. XII qrupun qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün idarəçiliyi Dino Kramar, Nikol
6 noyabrDünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. "Report"un məlumatına görə, Ruzanna Məmmədova (59 kq), Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) uğursuz çıxış edib. R.Məmmədova 1/8 finalda Menqyu Xie (Çin) ilə dueldən məğlub ayrılıb
29 oktyabrİslam ikiqat Avropa çempionudur!
Azərbaycanlı cüdoçu İslam Rəhimov İtaliyada keçirilən yarışda qızıl medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, idmançımız finalda Niderland təmsilçisi Yoxem van Harteni ipponla məğlub edərək ikinci dəfə Avropa çempionu olub
30 oktyabr