Azərbaycanda bank kartları ilə bağlı nə baş verir?
Son günlər Azərbaycanda bank kartlarından istifadə ilə bağlı problemlər müşahidə edilir.
Belə ki, kartlarla bankomatlardan pul çıxarmaq, eləcə də POS-terminallarla ödəniş etmək bəzi hallarda mümkün olmur.
Bu isə kart sahibləri üçün bir növ sürprizə çevrilir. "Report" bank ictimaiyyəti ilə problemin köklərinə aydınlıq gətirməyə çalışıb.
"Bu, istənilən ölkə üçün adi haldır"
"Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev deyir ki, Azərbaycanın kart infrastrukturunda elə bir ciddi problem yoxdur və ara-sıra qeydə alınan çətinliklər istənilən ölkə üçün adi haldır:
"Eyni problemlə istənilən ölkədə qarşılaşmaq olar. Hər-hansı kartda texniki nasazlıq bütövlükdə sistemin pis işləməsi anlamına gəlmir. Təbii ki, müştəri öz bankı ilə əlaqə saxlayaraq məsələnin nə yerdə olduğunu aydınlaşdıra bilər. Bəzən olur ki, 10 milyon kartın içində bir və yaxud beşində problem olur. Bu, milyondabir faizdir. Yəni, bunu sistemin işləməməsi kimi göstərmək düzgün olmaz və problemin aradan qaldırılması üçün anında tədbir görülür".
"Texniki təkmilləşdirmə işləri aparıldığı üçün..."
Assosiasiyanın eksperti İlqar Əliyev isə bildirir ki, son günlər yalnız bir bankda texniki təkmilləşdirmə işləri ilə bağlı kartlardan istifadədə fasilələr müşahidə edilib. Hazırda texniki komanda problemlə bağlı işləyir və kartlardan normal istifadə, demək olar ki, bərpa olunub,
Bununla belə, onun fikrincə, bank bu barədə müştərilərini xəbərdar etməli idi: "Əgər bu (məlumatlandırma) baş verməyibsə, müştərilərin iradları haqlıdır".
Prosessinq mərkəzləri narahatlığa əsas görmür
Azərbaycanda bank kartlarına xidmət göstərmək üçün iki prosessinq mərkəzi fəaliyyət göstərir. Bunlar dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin təsis etdiyi "Azericard" və 20-yə yaxın bankın təsisçiliyi ilə qurulmuş "Millikart" MMC-lərdir. Onlar da bildirirlər ki, kartlarla bağlı ümumilikdə problem yoxdur. Sadəcə, son günlər az sayda kartla əməliyyat aparmaq mümkün olmayıb. Həmin problem də həll edilmək üzrədir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda son 6 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq
Azərbaycanda 2026-cı ilin gözlənilən nəticəsi də nəzərə alınmaqla 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-c
4 noyabrQızıl almaq istəyənlərin nəzərinə
Azərbaycan bazarında 2026-cı il 29 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6862.5005 manat, 1 qram qızılın orta qiyməti isə 220.63 manat təşkil edib. Əyarlara və mənşəyə görə 1 qram qızılın qiymət göstəriciləri təmiz qızıl (99 əyyar
29 oktyabrQızıl bazarında son vəziyyət
Qızıl bazarında 2026-cı il 23 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, müxtəlif əyarlı və mənşəli qızılların qiymətlərində dinamika müşahidə olunur. Satışda olan qızıl məmulatlarının qiymətləri əyarına və istehsalçı ölkəyə görə fərqlənir. Məlumata görə
23 oktyabrAzərbaycanda həyat sığortası üzrə ödənişlər 34 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 704,525 milyon manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlə
26 oktyabrAzərbaycan 9 ayda dövlət zəmanətli borcunun məbləğini 24 % azaldıb
Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcu 7 milyard 886 milyon manat (ÜDM-in 5,7 %-i qədər) təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 24 % azdır. bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, əhəmiyyətli dərəcədə azalmaya səbəb "Cənub Qaz Dəhlizi"
28 oktyabrQızıl bazarında son vəziyyət
5 noyabr 2026-cı il tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, hazırda qızılın 1 unsiyasının dəyəri 6 720.5420 manat, 1 qramının rəsmi qiyməti isə 216.07 manat təşkil edib. Müvafiq olaraq, 99 əyyarlı təmiz qızılın 1 qramı 216.07 manat, 750 əyyarlı İtalyan qızılını
5 noyabrAzərbaycanda planşetlərdə "İOS"un bazar payı 45 % azalıb
Bu ilin oktyabr ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 82,39 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayına nisbətən 1,92 faiz bəndi az, 2025-ci ilin oktyabr ayını
2 noyabrQızıl bazarında son vəziyyət
2026-cı il noyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 670,1795 manat, 1 qramı isə 214,45 manat təşkil edir. Əyyarlara və mənşəyinə görə 1 qram qızılın qiyməti isə 99 əyyar (təmiz qızıl) - 214,45 manat, 750 əyyar (İtalyan qızılı) - 161,0
4 noyabrQızıl bazarında son vəziyyət
2026-cı il noyabrın 6-na olan qiymətli metallar bazarında qızılın qiymətində yeni dinamika müşahidə olunur. "Yeni Sabah" xəbər verir ki, hazırda 1 unsiya qızılın qiyməti 7034.7105 manat təşkil edir. Qramla satışda 99 əyyarlı 1 qram təmiz qızıl 226.17 manata təklif olunur. Digər əyyarlar üzr
6 noyabr