Qarabağ və Şərqi Zəngəzurda görülən işlər nədən ibarətdir? - AÇIQLAMA

Qarabağ və Şərqi Zəngəzurda görülən işlər nədən ibarətdir? - AÇIQLAMA"Prezident İlham Əliyevin sədrliyi ilə, cari ilin 1-ci rübünün yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan xalqının gündəlik maraq dairəsində olan, qazanılmış uğurlarla yanaşı, qarşıda duran bir çox vəzifələrə aydınlıq gətirildi".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, dövlət başçısı giriş və yekun nitqlərində konkret rəqəmlərlə, faktlarla sosial-iqtisadi, maliyyə-büdcə, işğaldan azad olunmuş ərazilərdə aparılan işlər, infrastruktur layihələrinin icrası, Ermənistan-Azərbaycan münasibətlərində yaranmış vəziyyət, Silahlı Qüvvələrdə aparılan struktur islahatları, beynəlxalq təşkilatlar və qonşu ölkələrlə əməkdaşlıq sahəsində əldə olunmuş nailiyyətlərlə ölkə ictimaiyyətini məlumatlandırdı:

"Hesab edirəm ki, müşavirə materiallarının daha geniş ictimaiyyətə çatdırılması üçün, müzakirə olunan məsələlərin sisrtmləşdirilməsi doğru olardı. Dünya iqtisadiyyatında mənfi tendensiyaların artmasına baxmayaraq, milli iqtisadiyyatın inkişafının, ÜDM-in 6.8% artmasının şahidi oluruq. Dövlət büdcəsi profisitlə icra olunur, vergi daxil olmaları, proqnozdan əlavə, 700 milyon təşkil edib, valyuta ehtiyatları, qeyri-neft iqtisadiyyatı 10% artıb. Xarici ticarət dövriyyəsində 60% artımla, cəmi üç ayda 5 milyard dollarla müsbət saldo əldə olunub.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında görülən işlər nədən ibarətdir?

İşğaldan azad olunan ərazilər minalardan təmizlənir. Keçən il həmin ərazilərdə 20 meqavat gücündə 4 su elektrik stansiyası, 9 yarımstansiya inşa edilib.

Yol infrastrukturu sürətlə şaxələnir və 30 il işğalda olmuş rayonları birləşdirən magistral yollar inşa olunur. Əvvəllər heç vaxt yol olmayan ərazilərdə 700 km yeni yol çəkilib.

Rayonların Baş planları üzərində iş gedir, bəzi rayonlarınkı artıq hazırdır. 2023-cü ildə Türk Dünyasının mədəniyyət paytaxtı seçilmiş Şuşa şəhəri isə xüsusi planlar üzrə bərpa olunur. Heydər Əliyev Fondu tərəfindən 3 məscid təmir olunur, 1 yeni məscidin tikintisinə başlanılır, tarixi-memarlıq abidələri bərpa olunur. İnzibati, yaşayış binaları, xəstəxana, teleqüllə, 5 ulduzlu otel tikilir. Məktəblərin tikintisinə start verilir. Şəhərin içməli su və digər problemlər həll olunur.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları kənd təsərrüfatı ilə məşğul olmaq üçün münbit torpaq, su, iqlim keyfiyyətlərinə məxsusdur. Həmin torpaqların dövriyyəyə qaytarılması üçün tədbirlər görülür və artıq 50 hektardan çox ərazidə əkin aparılıb. Dünya üzrə proqnozlaşdırılan ərzaq çatışmazlığı fonunda böyük bir ərazinin istismarı, təbii olaraq, iqtisadiyyatımıza güc qatacaq".

Ermənistan-Azərbaycan münasibətləri, beynəlxalq təşkilatlar və qonşu dövlətlərlə aparılan işlər barədə isə deputt bunları deyib:

"Aprel ayının 6-da Avropanın siyasi paytaxtı Brüssel şəhərində üçtərəfli görüş keçirildi və Prezident İlham Əliyevin əvvəldən irəli sürdüyü 5 şərt həm Ermənistan, həm Avropa İttifaqı tərəfindən qəbul edildi. Mənasız bir qurum olan ATƏT-in Minsk qrupu və status məsələsi tarixin arxivinə atıldı. Nizamlanma istiqamətində müddət təyin olunmaqla konkret şərtlər qoyuldu. Bununla da Ermənistan başa düşdü ki, havadarları ona kömək etmək iqtidarında deyillər və tam dalana dirənmiş oldu. Əgər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, Azərbaycanın alternativ variantları kifayətdir ki, öz problemllərini, konkret olaraq kommunikasiya məsələsini qonşu İranla həll etsin. İmzalanmış Anlaşma Memorandumu bunun təsdiqidir".

Nəsib Məhəməliyev, həmçinin, vurğulayıb ki, Silahlı Qüvvələrdə aparılan struktur islahatları, yeni komando hissələrinin yaradılması, müasir silahların, döyüş texnikasının alınması ilə bağlı məsələlər dövlət başçısının gündəlik nəzarətindədir:

"Fərrux dağının azad olunmasının strateji əhəmiyyəti son dərəcədə vacibdir. Ətraf ərazilərə nəzarətlə bərabər, su hövzələrinin erməni təxribatlarından qorunması, aqrar sektorun, turizmin inkişafı baxımından da əvəzolunmazdır.

Ümumiyyətlə, müharibədən sonra Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq təşkilatlar tərəfindən qəbul olunması, ölkəmizin gücünün nümayişi Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun nəticəsidir. Təsadüfi deyil ki, müşavirə ilə bağlı materiallar qardaş Türkiyənin və bir sıra ölkələrin mətbuatında da yer alıb. Azərbaycan xalqı öz dövləti ilə, dünyada baş verən mürəkkəb geosiyasi proseslərin fonunda əldə olunan nailiyyətlərlə fəxr edə bilər".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1376   Tarix: 14 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr