"Heç bir beynəlxalq təşkilat və qurumlar rəsmi Bakının qərarlarına qarşı çıxış edə bilməz"
"Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən 12 aprel müşavirəsində diqqət çəkən məqamlardan biri də Azərbaycanın yaxın gələcəkdə daha nəhəng iqtisadi potensiallar əldə etməsi ilə bağlı irəli sürülən fikirlər oldu".
Bunu Sonxeber.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, hazırda qarşıda dayanan mühüm proseslərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır:
"Regional kommunikasiyaların açılması barədə həm 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda, həm də 11 yanvarda imzalanan üçtərəfli bəyanatda da əks olunub. Lakin ötən müddət ərzində Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və bu amilə toxunan dövlət başçısı bildirib ki, əgər, üçtərəfli razılaşmanın tələbləri bundan sonra da pozulacaqsa, Azərbaycan tərəfi öz maraqlarının təmin olunması istiqamətində daha qəti addımlar ata bilər və bununla da Ermənistanın etibarsızlığı daha çox ifşa olunacaq. Qərbi Zəngəzurdan keçməklə Naxçıvan və Türkiyəyə bütün növ kommunikasiyalar açılmayacaqsa, Azərbaycan üçtərəfli razılaşmanın Ermənistan tərəfindən icra edilmədiyini irəli sürərək bütün bəndləri etibarsız hesab edə bilər. Və belə olan halda, heç bir beynəlxalq təşkilat və qurumlar rəsmi Bakının qərarlarına qarşı çıxış edə bilməz. Çünki ortada rəsmi bəyanatlar, imzalar mövcuddur. Hesab edirəm ki, cənab Prezidentin qəti fikirləri Ermənistana sonuncu ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər".
Deputat vurğulayıb ki, əvvəlki illərdə ölkə həyatının bütün sahələrini əhatə edən dinamik inkişaf bu ilin 3 ayı ərzində də davam edib və göstəricilər xeyli yüksəkdir:
"Ümumi daxili məhsulda 6,8 faiz artım olub və bu da, sözsüz ki, ötən ilin uğurlarının davamıdır. Aydın görünür ki, həyata keçirilən davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrəti durmadan artmaqdadır. Eyni zamanda, ölkəmiz bütün göstəricilərinə görə pandemiya şəraitindən qalib çıxan azsaylı ölkələrdəndir. Təbii ki, bu, bütövlükdə Azərbaycanın iqtisadi qüdrətini dünyaya bir daha nümayiş etdirdi. O cümlədən, son 3 ayda qeyri-neft sektorunda da iqtisadiyyatımız inkişaf edib. Belə ki, bu sektorda 10 faizdən çox artım olub. Bu da iqtisadiyyatımızın neftdən asılılığının azaldılması istiqamətində görülən tədbirlərin effektli nəticəsidir.
Dövlətimizin başçısı Azərbaycanın regiona gətirdiyi reallıqlara da toxunub. Biz, həqiqətən də, bu reallıqların dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunduğunu görürük. Onlar bu vəziyyətin sülh və təhlükəsizliyə əsaslandığını dərindən dərk edir və region ölkələri arasında bütün sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqda əhəmiyyətini anlayırlar. Ümumiyyətlə, İqtisadi inkişaf bu templə davam edərsə, ilin sonuna qədər rəqəmlər daha yüksək olar və ölkəmizin iqtisadi imkanları daha da artar. Bütün bunlar, əlbəttə ki, real proqnozlardır. Nəticədə, biz 12 aprel müşavirəsinin ölkədaxili və xarici milli çağırışlar kontekstində mühüm bir hadisə kimi yadda qaldığının şahidi olduq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1434 Tarix: 14 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrUşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
8 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrBu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
8 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabr"Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
7 noyabrQızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
7 noyabr