Şuşada yeni su anbarı YARADILIR
"Azərsu" ASC Şuşada əhalinin suya tələbatının ödənilməsi üçün iki mənbədən su verir.
Bunu "Report"a açıqlamasında "Azərsu" ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, bu mənbələrdən biri Zarıslı, digəri isə Kirs su mənbələrindən su ilə təmin edilir:
"Hazırda Şuşada davam edən abadlıq-quruculuq işlərini nəzərə aldıqda orada əlavə su tələbatı yaranır. Yay aylarında əlavə su tələbatını qarşılamaq üçün "Azərsu" Şuşa şəhərində müvəqqəti su anbarı yaradır və ən qısa zamanda nasos stansiyası inşa edilərək Şuşaya əlavə su gətiriləcək".
O bildirib ki, bu su anbarı Zarıslı çayının üzərində qurulacaq ki, bu da Şuşanın dayanıqlı su təminatına böyük töhfə verəcək.
C.Məmmədovun fikrincə, ötən il Ağdam rayonunda su mənbəyinin müəyyən olunması ilə bağlı tədqiqat işlərinə başlanılıb:
"Ağdamda iki ədəd kəşfiyyat quyusu qazılıb, bu quyuların tədqiqatları aparılıb. Bu tədqiqatların nəticəsi artıq əsas verib deyək ki, bütün Ağdam şəhəri subartezian quyularından su ilə təmin olunacaq".
"Azərsu" rəsmisi qeyd edib ki, hazırda Füzuli və Cəbrayıl şəhərləri ilə bağlı layihələndirmə işlərinə başlanılıb:
"Bilirsiniz ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərlərin Baş planları təsdiq edilir və bundan sonra "Azərsu" layihə işlərinə başlaya bilir. Hazırda isə yalnız Ağdam, Füzulinin Baş planları təsdiq edilib. "Azərsu" isə Füzuli və Ağdamın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işçi layihələrinin hazırlanmasına başlayıb. Zəngilan, Qubadlı və digər işğaldan azad edilmiş ərazilərin Baş planları Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənərək "Azərsu" ASC-yə göndəriləcək. Bundan sonra isə bu rayonlarda da layihələrin icrasına başlanıla bilər. Ancaq hazırda bu ərazilərdə mövcud su mənbələrinin müəyyən edilməsi ilə bağlı araşdırma işləri aparılır".
İşğaldan azad olunmuş ərazilərdə hansı çayların suyundan içməli su kimi istifadə olunacağına gəldikdə isə mütəxəssis bildirir ki, onu tədqiqatlar göstərəcək. O deyir ki, məsələn, Ağdamda ancaq yeraltı sulardan və subartezian sularından istifadə ediləcək:
"Bir daha təkrarlayım ki, Şuşada Zarıslı və Kirs çayının mənbələrindən istifadə ediləcək. Tədqiqatlar göstərir ki, Kəlbəcərdə isə yerüstü çaylardan istifadə ediləcək. Ancaq hələlik bu tədqiqatlar tam yekunlaşmayıb. Yekun qərar olmadığı üçün nəsə demək çətindir".
C.Məmmədov vurğulayıb ki, azad olunmuş ərazilərdə həm yeraltı, həm də yerüstü sulardan içməli su kimi istifadə olunacaq:
"Bu ərazilər həm yeraltı, həm də yerüstü sular baxımından münbit ərazilərimizdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 827 Tarix: 14 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrUşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
8 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrBu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
8 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabr"Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
7 noyabrQızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
7 noyabr