Azərbaycanda bu şəxslər əlillik dərəcəsi ala biləcək - VİDEO
Əlillik dərəcələri yeni meyarlar əsasında təyin ediləcək. Bu istiqamətdə işlər yekunlaşmaq üzrədir.
BAKU.WS xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı "Xəzər Xəbər"ə bildirib ki, Nazirlər Kabineti artıq yeni meyarları təsdiq edib.
Onun sözlərinə görə, yeni qaydalar dünya təcrübəsi nəzərə alınmaqla hazırlanıb. Millət vəkili qeyd edib ki, bundan sonra əlillik orqanizmin funksiyasının itirilmə dərəcəsinə görə, faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.
O bildirib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna dəyişikliklər bu il iyulun 1-də qüvvəyə minəcək.
Millət vəkili əlavə edib ki, indiki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən edilir, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 800-ə qədər artırılır. Yəni yeni qərarla 800-ə yaxın xəstəlik üzrə əllilik dərəcəsi almaq mümkün olacaq.
Qeyd edək ki, yeni meyarlar hazırda əlilliyi olan şəxslərə əlillik dərəcələrinin qüvvədə olma müddəti bitdikdən sonra şamil olunacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1821 Tarix: 15 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabrLənkəranda döyülən 16 yaşlı oğlan öldü
Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo
21 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabrBulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı
22 sentyabr