Emin Mahmudov keçmiş məşqçisindən DANIŞDI: "Pulumuzu kəsirdi"
"Düşünürəm ki, Emeri "Spartak"da uğursuz oldu. Çünki o, Avropa formatlı məşqçidir".
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin və "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov vaxtilə Moskva "Spartak"ında rəhbərliyi altında çıxış etdiyi Unay Emeri barədə danışarkən deyib.
İspaniyalı mütəxəssisin "Vilyarreal"ı Çempionlar Liqasının yarımfinalına daşıması Rusiya mətbuatının diqqətindən yayınmayıb. Həmkarlarımız 51 yaşlı çalışdırıcının 2012-ci ildə işlədiyi "Spartak"da uğursuz olmasının səbəblərini araşdırıblar. Moskva klubunun bir neçə sabiq oyunçusunun bu barədə fikirlərinə yer verilib ki, onlardan biri də Mahmudovdur.
"Neftçi"nin 30 yaşlı kapitanının fikrincə, Emerinin Rusiyada uğursuzluğa düçar olması iki amillə əlaqədar olub: "Birincisi, Emeri Rusiya Premyer Liqasına uyğun gəlməyən super-hücum futbolunu gətirmək istəyirdi. Demək olar ki, hamımız müdafiədən, əks-hücumlar zamanı dərindən oynayırdıq. İkincisi, komandanı yenidən quracaqdı və nə vaxtsa daha sərt olmalı idi. Bütün avropalılar ilk növbədə futbolçunun peşəkarlığına güvənirlər. Postsovet məkanında isə bu metod işləmir. Daim nəzarət eləməli, arxayınlaşmağa imkan verməməlisən. Emeri, demək olar ki, bütün cərimələri bağışlayırdı - gecikməyə, artıq çəkiyə görə... Onda ən yaddaqalan məqamlar futbolçuların pulunu kəsmək idi".
Qeyd edək ki, Emin Mahmudov 2011-2014-cü illərdə "Spartak"da çıxış edib. Yarımmüdafiəçi 2017-ci ildən "Neftçi"nin formasını geyinir. Unay Emeri isə 2012-ci ilin iyulunda sükanı arxasına keçdiyi "Spartak"da həmin ilin noyabrında istefaya göndərilib./lent.az
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 3031 Tarix: 15 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kriştiano Ronaldo millidən AYRILDI
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo Portuqaliya millisindəki çıxışını başa vurduğunu bəyan edib. xəbər verir ki, 41 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Ronaldu 2003-cü ildən Portuqaliya millisinin üzvü olub
5 noyabrPatrik Dorqu "Mançester Yunayted"də məşqləri bərpa edib
İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Patrik Dorqu sentyabrda Danimarka millisinin heyətində aldığı zədədən sonra ümumi qrupda məşqləri bərpa edib. xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu noyabrın 2-də Karrinqtondakı bazada hazırlıq prosesinə qatılıb. Laki
3 noyabr"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb
"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Müdafiəçi yığmanın UEFA Millətlər Liqasının C Liqasında noyabrda keçirəcəyi oyunlar üçün açıqlanan heyətində yer alıb. Qeyd edək ki, Moldova seçməsi noyabrı
6 noyabrHidayət Heydərov bürünc medal qazandı
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya)
30 oktyabrAzərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb
Misli Premyer Liqasının XI turu "Zəfər turu" elan edilib. Bu barədə -a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib. PFL Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib. XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək. Xatırlada
4 noyabrDÇ-2028: Azərbaycan - Latviya oyununun hakimləri açıqlanıb
Futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan - Latviya oyununun hakimləri bəlli olub. Bu barədə -a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən bildirilib. XII qrupun qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün idarəçiliyi Dino Kramar, Nikol
6 noyabr"Kəpəz"dən gözlənilməz çıxış - 7 oyundur uduzmur
"Kəpəz" son iki ayda keçirdiyi 7 qarşılaşmada məğlubiyyətlə üzləşməyib. "Qafqazinfo" xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi Gəncə təmsilçisi bu müddətdə 5 qələbə qazanıb, 2 heç-heçə edib. Komanda Misli Premyer Liqasında "Qəbələ"ni (1:0), "Araz-Naxçıvan"
2 noyabr