Bunu da GÖRDÜK: qatar relsini oğurlayıb satmağa apardılar

Bunu da GÖRDÜK: qatar relsini oğurlayıb satmağa apardılarGündəlik olaraq, paytaxt və ya digər bölgələrdə evlərdən, marketlərdən irili-xırdalı oğurluq hadisələri ilə bağlı məlumatlar yayılır. Əvvəllər də əlbir olmuş şəxslərin dəmiryol relslərini oğurlamaq istəməsi, amma saxlanılması barədə xəbərlər vermişik. Növbəti belə hadisə Xaçmazda olub.

Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən xəbərə görə, aprelin 24-də saat 17 radələrində Xaçmaz rayonunun Çarxı dəmir yolu stansiyası ərazisindən 17 metr relsi oğurlanıb. Daha sonra həmin metal relsləri "Belarus" markalı traktorun qoşqusuna yığaraq, metal qəbulu məntəqəsinə satmağa aparıblar.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xanlıqoba kənd sakinləri Yaşar Məmmədov və Əfqan Məmmədov saxlanılıblar.

Araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1094   Tarix: 25 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azyaşlının maşın sürməyi təhlükə yaratdı: Polis araşdırmalara başladı - VİDEO

Sosial şəbəkələrdə azyaşlının nəqliyyat vasitəsini idarə etməsini əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. İdarədən bildirilib ki, azyaşlıların nəqliyyat vasitəsini idarə etməsi yolverilməzdir:. "Qət

8 aprel
.

Mərdəkanda sahibsiz it səkkiz nəfərə hücum edib - Sakinlər təşviş içində - VİDEO

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, artıq bir neçə gündür qorxu içində yaşayırlar. Buna səbəb isə küçədə insanlara hücum edən yiyəsiz, quduz olduğu iddia edilən itin sərbəst şəkildə dolaşmasıdır. Sakinlərin sözlərinə görə, sözügedə

9 aprel
.

Cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdıran şəxsləri hansı cəzalar gözləyir? - AÇIQLAMA

Cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması halları son illər hüquq-mühafizə orqanlarının xüsusi diqqət mərkəzindədir. Bu cür əməllərlə məşğul olan şəxsləri isə qanunvericiliyə əsasən hansı cəzalar gözləyir? . Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bu barədə -a açıqlama verib: . "Cinayə

10 aprel
.

Naxçıvanda Ombudsman haqqında qanun ləğv oluna bilər

Naxçıvanda "Ombudsman haqqında" Qanun ləğv oluna bilər. xəbər verir ki, sözügedən məsələ Naxçıvan MR Ali Məclisinin aprelin 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib. İclasda "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Naxçıvan Muxta

8 aprel
.

Vüsal Aslanov rəisi işdən çıxarıb direktor müavini təyin etdi (FOTO)

"Bakı Metropoliteni" QSC-də kadr dəyişikliyi olub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, QSC-nin Təlim-tədris mərkəzinin rəisi Fərid Hacıağabəyli vəzifəsindən azad olunub. Sədrin digər əmri ilə o, "Bak

10 aprel
.

Şəhid atası vəfat etdi - Foto

Cəlilabadda Vətən müharibəsi şəhidi Tofiq Əmirlinin atası Şəmsəddin Əmirli vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər. Onun rayonda coğrafiya müəllimi işlədiyi, uzunsürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, şəhi

9 aprel
.

Daşkənt şəhərində Türk Dövlətləri Autizm Federasiyasının növbəti beynəlxalq tədbiri keçirildi

8 aprel 2026-cı il tarixində Özbəkistan Respublikasının Daşkənt şəhərində Türk Dövlətləri Autizm Federasiyasının növbəti beynəlxalq tədbiri keçirilmişdir. Tədbirdə Türk Dövlətlərinə üzv ölkələrin autizm üzrə fəaliyyət göstərən təşkilatlarının nümayəndələri və Azərbaycan nümayəndə heyəti iştirak etmişdir

10 aprel
.

Siyəzəndə qaz KƏSİLƏCƏK

Siyəzən rayonu Böyük Həmyə kəndi istiqamətində istismarda olan qaz xəttində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar olaraq 10 aprel saat 10:00-dan qaz təchizatı dayandırılacaq. xəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, təmir müddətində Böyü

9 aprel
.

Qaxla Şahdağa qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Sabirabad, Kürdəmir, Qobustan, Neftçalada arabir yağış yağır, Daşkəsən, Qax (Sarıbaş) və Şahdağd

9 aprel