ƏDV-dən azadolma niyə gecikir? - "Absurd vəziyyətdəyik"

ƏDV-dən azadolma niyə gecikir? - "Absurd vəziyyətdəyik""Yanvar ayının 1-dən Vergilər Məcəlləsinə əsasən, kitablar ƏDV-dən azad olunmalı idi. 18% ƏDV həm kağız, həm də kitab istehsalı və satışı üzərindən götürülməli idi".

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında "Qanun" nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib.

O, qanuna edilən dəyişikliyin hələ də qüvvəyə minmədiyini bildirib: "Qanunda dəyişiklik aparıldı, amma Prezidentin Fərmanında göstərildi ki, bu Qanun o zaman qüvvəyə minəcək ki, Nazirlər Kabineti üç ay ərzində təlimat hazırlayıb verəcək. Artıq üç ay yox, dörd ay keçib, amma ortalıqda nə bir təlimat var, nə də qanunun dəyişikliyi qüvvəyə minib".

Xuduoğlu bildirib ki, hazırda kitab mağazaları da satılan kitabdan 18% ƏDV ödəyir: "Biz xaricdən kitab və ya kağız gətizdiririk. Gömrük bizdən 18% ƏDV-ni alır. Deyirik ki, niyə alırsınız, axı qanunda bu qüvvədən düşüb. Deyirlər ki, bizə bu barədə hər hansı rəsmi göstəriş gəlməyib. Vergilər Nazirliyi də deyir ki, bizə göstəriş gəlməyib, ƏDV-ni ödəməyə davam etməlisiniz. Belə bir absurd vəziyyətdəyik".

Naşir məsələ ilə bağlı Baş nazir Əli Əsədova müraciət etdiyini açıqlayıb: "Əli Əsədova müraciət etdim ki, buna bir aydınlıq gətirilsin. Mənim kimi həmkarlarım da çıxılmaz durumdadır. Qanun tələb edir ki, biz ƏDV ödəməyək. Əlində səlahiyyəti olan strukturlar isə sanki güclə əlimizdən o 18% ƏDV-ni tutub alırlar. Bu da bizim üçün çox böyük məbləğ edir"./qafqazinfo.az


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1885   Tarix: 25 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib

Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə

29 oktyabr
.

Hotellərə yeni tələb qoyulur

Azərbaycanda hotellərin üzərinə yeni tələb qoyulur. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən onların rüb ərzində xidmət göstərdiyi ölkəyə turis

5 noyabr
.

Azərbaycanda qızıl bahalaşdı, yoxsa ucuzlaşdı?

Azərbaycanda 2026-cı il 2 noyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6 796.43 manat, 1 qram qızılın baza qiyməti isə 218.51 manat təşkil edib. Qiymətlər əyyar və mənşəyə görə dəyişir. Belə ki, 99 əyyar (Təmiz qızıl) - 218.51 manat

2 noyabr
.

Azərbaycanda son 6 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq

Azərbaycanda 2026-cı ilin gözlənilən nəticəsi də nəzərə alınmaqla 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-c

4 noyabr
.

Azərbaycanın bank sektorunun xalis mənfəəti 19 %-ə yaxın artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 1 milyard 81,8 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur. 9 ay ərzində bankların əməliyyat gəlirləri 5 milyard 734,3 milyon manat (1 il əvvəl

27 oktyabr
.

Azərbaycanın qiymətli kağızlar bazarı 32 % kiçilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 34 milyard 904,7 milyon manatlıq əməliyyat aparılıb. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32 % azdır. 9 aylıq göstəricinin 5 milyard 931,7 milyon manatlıq hissəsi ilkin bazard

27 oktyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Azərbaycan bazarında 2026-cı il 29 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6862.5005 manat, 1 qram qızılın orta qiyməti isə 220.63 manat təşkil edib. Əyarlara və mənşəyə görə 1 qram qızılın qiymət göstəriciləri təmiz qızıl (99 əyyar

29 oktyabr
.

Banklar əmanətə 9,95%, kreditə isə 17,36% faiz tətbiq edir - Fərqin səbəbi nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda bankların kredit və əmanət faizləri arasındakı fərq genişlənib. Fiziki şəxslərin manatla müddətli əmanətlərinə orta hesabla 9,95 faiz gəlir təklif edildiyi halda, onlara verilən kreditlər üzrə orta faiz dərəcəsi 17,36 faiz təşkil edir. Beləliklə, iki göstərici arasındakı fərq 7,41 faiz bəndin

26 oktyabr
.

Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər

Taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1 % sadələşdirilmiş vergi tutulması təklif olunur. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Qüvvədə olan qanun

5 noyabr