15 idmançımızı xəstəxanalıq edən səbəb: Yağlı yemək və soyuq su - AÇIQLAMA + YENİLƏNİB
"Göygöl Rayon Prokurorluğunun bu gün yaydığı məlumatı araşdırmışam. Orada heç bir problem yoxdur. Cüdoçular qaçıb, soyuq su içiblər, özlərini pis hiss ediblər. Təcili yardım maşını gəlib onları aparıb. Yarım saata-bir saata qayıdıblar. Hazırda həmin cüdoçular məşqlərini davam etdirirlər".
Bunu Oxu.Az-a Göygöl Olimpiya İdman Kompleksinin direktoru, cüdo millimizin məşqçisi Mövlud Mirəliyev deyib.
Göygöl Rayon Prokurorluğu bu gün məlumat yayaraq Göygöl Olimpiya İdman Kompleksində 15 gənc cüdoçunun zəhərlənməsi barədə məlumat yayıb. Lakin olimpiya və dünya mükafatçısı olmuş Mövlud Mirəliyev yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:
"Orada yeməklə bağlı heç bir zəhərlənmə olmayıb. Prokurorluq niyəsə belə yayıb. Bura dağ yeridir, qaçıb tərləyiblər. Yağlı yemək yeyib, su içiblər. Prokurorluq gəlib idmançılardan nümunələr götürüb.
Bir də Prokurorluğun yaydığı kimi idmançıların sayı 15 olmayıb, 12-13 olub. Onlar təxmini yazıb. Prokurorluq niyə belə yayıb, başa düşmürəm. Zəhərlənən idmançılar uzağı bir saata bazaya qayıtmazdılar. Dediyim kimi, həmin idmançılar bu gündən etibarən məşqlərə başlayıb.
Bir də bu cüdoçular gənclər deyil, yeniyetmələrdir. Onlar mayda keçiriləcək Respublika birinciliyinə hazırlaşmaq məqsədilə Göygöldə təlim-məşq toplanışındadırlar".
10:08
Göygöl Rayon Olimpiya İdman Kompleksində 15 idmançının xəstəxanalıq olması səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bununla bağlı AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
09:35
Aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 şəxsin dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu ilə müraciət etməsi barədə Göygöl Rayon Prokurorluğuna məlumat daxil olub.
Göygöl Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib, həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
8 Noyabr - Şuşanın azad edildiyi gündür
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"