Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi mühüm tarixi hadisədir

Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi mühüm tarixi hadisədirCari ilin 22 aprel tarixində mədəniyyət paytaxtımız olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərimizdən sonra tariximizə yeni şanlı səhifələrlə daxil oldu. Təsadüfi deyil ki, bu qurultay məhz Zəfər qurultayı adlanır. Digər tərəfdən Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bir daha bütün dünyaya nümayiş etdirdi ki, bu qədim şəhər Azərbaycanın əzəli torpağıdır və Qarabağ Azərbaycandır!
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Dünya azərbaycanlılarının qarşısında proqram xarakterli nitqində həm Qələbəmizə gedən yola, həm Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa, şücaətə, postmünaqişə dövrünün reallıqlarına, diasporumuzun ötən illər ərzində təşkilatlanması, vahid məqsəd uğrunda mübarizə aparması istiqamətində atılan addımlar kimi mühüm movzulara toxundu, həm də qarşıdakı dövrün prioritetlərini açıqladı. Cənab Prezident digər bütün çıxışlarında olduğu kimi bu dəfə də dünya ictimaiyyətinə reallıqları çatdırdı.
2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının birinci Qurultayında Ulu Öndər Heydər Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyini, torpaqlarının işğaldan azad olunacağını və insanların öz torpaqlarına qayıdacağını bildirmişdi. Sonrakı müddətdə keçirilmiş qurultaylar dünya azərbaycanlılarını bu vahid ideya ətrafında birləşdirdi və nəhayət, Ümummilli Lider Heydər Əliyevin fikirlərinin davamçıları Prezident İlham Əliyevin rəhbərliyi ilə söylənilənləri gerçəyə çevirdi, müzəffər, qalib xalq adını qazandı. Dünya Azərbaycanlılarının öncəki qurultaylarında və digər çıxışlarında Prezident İlham Əliyev də Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bildirirdi. Prezident İlham Əliyev bütün vədləri kimi bu sözünü də yerinə yetirdi və Qarabağı işğaldan azad etdi, xalqa qələbə hissini yaşatdı. Elə bu səbəbdən də, Dünya Azərbaycanlılarının V Qurultayı əvvəlki 4 Qurultayın məntiqi yekunu, qələbə, zəfər toplantısı oldu.
Prezident İlham Əliyevin Zəfər Qurultayındakı nitqində Ermənistana və ona dəstək verən dövlətlərə bir daha mesajlar ünvanlandı, tarixə qovuşan münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən, Ermənistanın imitasiya naminə danışıqlar aparmasına göstərilən dəstəkdən, Azərbaycanın hər zaman sülh siyasətinə sadiqlik nümayiş etdirməsindən də geniş bəhs olundu.
Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan dövləti kimi, xaricdəki Azərbaycan diasporu da yeni mərhələyə qədəm qoymuşdur. Uzun illərdir xaricdə çalışan azərbaycanlı alimlər, həkimlər topladıqları təcrübəni ölkəmizin inkişafına sərf etməli, vətəndəki həmkarları ilə daha çox təcrübə mübadiləsi aparmalıdırlar.
Bugün 44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfərdən sonra hər birimiz qürur hissi yaşayırıq. Torpaqlarımızın əsl sahibi kimi bərpa və quruculuq işlərini uğurla davam etdirir, soydaşlarımızın Böyük Qayıdışına səy göstəririk. Dövlət başçısı İlham Əliyevin "Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq" fikirləri bugünkü qalib Azərbaycanın, yenilməz xalqımızın təqdimatı oldu."

Aysel Mənsimova - politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1210   Tarix: 26 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

UluÖndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri

"Konstitusiya hər bir xalqın, dövlətin hüquqi qüvvəyə malik olan, ən ali sənədidir. 12 noyabr 1995-ci ildə referendum əsasında qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının müstəqillik illərindən sonra rəsmi olaraq qəbul etdiyi ilk konstitusiyadır. Dövlətimizin mövcud olduğu illər ərzind

6 noyabr
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

6 noyabr
.

Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:. "Azərbaycan Respublikasının Prezidenti Zati-alilari cənab İlham Əliyevə. Cənab Prezident, əziz Qardaşım. Otuz il işğal altınd

7 noyabr
.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

7 noyabr
.

44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi

"44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin altıncı ildönümündə bir daha aydın görünür ki, Zəfər Günü Azərbaycanın müasir dövlətçilik tarixində sadəcə təqvim sırasına daxil olan bir bayram deyil, milli şüurun, geostrateji reallığın və hüquqi suverenliyin tam təmin olunmasının rəmz

7 noyabr
.

Prezident Ağdama getdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 6 hektarda

7 noyabr
.

Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

"Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevi

5 noyabr
.

İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

"Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ildə isə "Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişaf

5 noyabr
.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

6 noyabr