Millimizdə yeni baş məşqçi
Kişi boksçulardan ibarət Azərbaycan yığmasına yeni baş məşqçi təyinatı rəsmiləşib.
Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, İdarə Heyətinin qərarına əsasən milli komanda kubalı Pedro Rokeyə həvalə edilib.
Təcrübəli mütəxəssis ilə Paris-2024 Yay Olimpiya Oyunlarının sonunadək müqavilə imzalanıb. Onun qarşısına əsas hədəf kimi Azərbaycan millisinin iştirak edəcəyi hər yarışda, xüsusilə də olimpiadada uğurlu çıxış etmək tapşırığı qoyulub.
Kubalı baş məşqçi yeni vəzifədə həmyerlisi Umberto Orta Domingesi əvəzləyib. Domingesin başa çatan müqaviləsi uzadılmayıb.
Qeyd edək ki, Pedro Roke 2014 - 2016-cı illərdə də Azərbaycan yığmasının baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında çıxış edib və hələlik olimpiadalarda ölkə tarixinin ən yaxşı nəticəsinə imza atıb. Həmin vaxt Lorenzo Sotomayor (64 kq) finala yüksəlməklə və yekunda gümüş medal qazanmaqla milliyə ilk yaşadıb. Həmçinin Kamran Şahsuvarlı (75 kq) da Rio-2016-nı bürünc mükafatla başa vurub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 999 Tarix: 26 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Tvente" tarixinin ən böyük səfər qələbəsini qazanıb
Niderlandın "Tvente" klubu tarixinin ən böyük səfər qələbəsini qazanıb. xarici mediaya istinadən xəbər verir ki, Enshede təmsilçisi bunu çempionatının XI turunda "Ekselsior" üzərində 9:0 hesablı qələbə qazanmaqla reallaşdırıb. Bu, həmçinin "Ekselsior" üçün Niderland çempionatınd
4 noyabrAzərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb
Misli Premyer Liqasının XI turu "Zəfər turu" elan edilib. Bu barədə -a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib. PFL Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib. XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək. Xatırlada
4 noyabrPatrik Dorqu "Mançester Yunayted"də məşqləri bərpa edib
İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Patrik Dorqu sentyabrda Danimarka millisinin heyətində aldığı zədədən sonra ümumi qrupda məşqləri bərpa edib. xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu noyabrın 2-də Karrinqtondakı bazada hazırlıq prosesinə qatılıb. Laki
3 noyabr"Fənərbaxça" "Liverpul"a qarşı
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"
4 noyabrDÇ-2028: Azərbaycan - Latviya oyununun hakimləri açıqlanıb
Futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan - Latviya oyununun hakimləri bəlli olub. Bu barədə -a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən bildirilib. XII qrupun qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün idarəçiliyi Dino Kramar, Nikol
6 noyabr"Turan" CEV Çempionlar Liqasında cavab oyununa çıxacaq
Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirəcək. "Report"un məlumatına görə, Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv Xorvatiya təmsilçisi "Mladost"un qonağı olacaq. Qarşılaşma Zaqreb şəhərində
29 oktyabrDÇ-2028: Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb
Futzal üzrə DÇ-2028-in əsas mərhələsində Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb. xəbər verir ki, yığmanın baş məşqçi Massimiliano Bellarten 15 futzalçıya dəvət göndərib. Heyətdə Reyner Murneyks, İqor Labuts, Maksim Troiçki, Renard Udris, Nikita Yelaqov, Edqar Tarakanov, Vlad Rimku
6 noyabr