Kəlbəcərdə 20 nəfərin həyatını xilas edən əsgər mükafatlandırıldı - VİDEO
Aprelin 16-da Kəlbəcərdə 20-dən çox soydaşımızı minaya düşməkdən xilas edən əsgər Mərdəli Aşurov mükafatlandırılıb.
M.Aşurov nümunəvi xidmətinə görə məzuniyyətə göndərilib.
M.Aşurov əslən Qubanın Qımıl kəndindəndir. 86 yaşlı nənəsi Asya Aşurova deyir ki, Mərdəli hələ uşaqlıqdan hərbçi olmaq istəyib: "Deyirdi ki, mən əsgərliyə gedəcəyəm, komandir olacağam. Özü də vətənpərvər uşaqdır".
Kəlbəcərdə mərdliyi ilə seçilən əsgər 3 uşaqlı ailənin böyüyüdür. Qardaşı Cəmil Aşurov Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsilini davam etdirir. Atası Fərhad Aşurov deyir ki, övladları lap əvvəldən hərbiyə meyillidir. Hərbi xidmət zamanı isə bu meyl peşə seçiminə çevrilib: "Soruşanda deyir ki, ata, heç nədən narahat olma, burada hər şey Vətən üçündür".
Kəlbəcərin Günəşli kəndində aşkar olunan minaya gəldikdə isə, Mərdəli Aşurov hadisəni belə xatırlayıb: "Kəlbəcər sakini öz evini ziyarət etmək istəyərkən bölük komandiri müşayiət üçün məni göndərmişdi. Getdik, evin həyətinə birinci mən daxil oldum. Tank əleyhinə minanı aşkarladım".
İlkin araşdırmalarla müəyyən edilib ki, tank əleyhinə mina buraya 2020-ci il noyabrın 10-dan 25-dək olan müddətdə - Kəlbəcərin ermənilər tərəfindən Azərbaycana təhvil verilməsi üçün istənilən vaxtda basdırılıb. Məqsəd evlərinə qayıdacaq dinc əhaliyə qarşı təxribat törətmək, kütləvi insan tələfatına nail olmaqdır. Əgər bu mina aşkar edilməsəydi, həmin yolun üzərindən keçmək üçün yaxınlaşan avtobus partlayacaqdı, avtobusda olan iyirmi nəfərin təxribatdan sağ çıxma ehtimalı isə sıfıra bərabərdir.
Azərbaycan əsgəri işğal olunan Vətən torpaqlarını azad etdiyi kimi, oraya qayıdan insanları da mina təhlükəsindən xilas edir. Mərdəli Aşurovla birgə qəhrəmanlıq göstərən xilaskar əsgərlər də nümunəvi xidmətlərinə görə fəxri fərmanla təltif olunublar./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1721 Tarix: 26 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabr