Fəhlə, müəllim, baş nazir və efirdə əlbəyaxa dava – UNUDULAN MƏMURLAR

Fəhlə, müəllim, baş nazir və efirdə əlbəyaxa dava – UNUDULAN MƏMURLARVaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə sabiq baş nazir Pənah Hüseyndən bəhs edəcəyik.

Pənah Çodar oğlu Hüseyn 28 oktyabr 1957-ci ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olub. O, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Sabiq nazir Sabirabad rayon kolxozlararası tikinti idarəsində fəhlə, məktəb müəllimi, rayon tarix muzeyinin işçisi olub. 1986-cı ildən Elmlər Akademiyasında Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb.

O, 1988-1991-ci illərdə azadlıq hərəkatında iştirak edib və Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biridir.

1992-ci ildə Dövlət katibi, 1993-cü ildə isə 2 ay müddətində baş nazir olub. O, Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olub. Azərbaycan Xalq Partiyasının sədridir.

Sabiq nazir 2005-ci il noyabrın 6-da 63 saylı Sabirabad birinci seçki dairəsindən III çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin və Azərbaycan-Fransa, Gürcüstan, İran, Rusiya, Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Sabiq baş nazir müsahibələrinin birində deyir:

"1993-cü ilin fevralın 8-də prezident Elçibəyin rəhbərliyi ilə baş prokuror, milli təhlükəsizlik naziri, dövlət müşaviri və digər şəxslər Gəncədə səfərdə idi. Məhz bu ərəfədə AXC İcraiyyə Komitəsinin məlum bəyanatı efirdə səsləndi. Bu bəyanat televiziyada oxunduqdan 10 dəqiqə sonra müdafiə naziri Rəhim Qazıyev mənimlə əlaqə saxlayıb əvvəl hədə-qorxu gəldi, daha sonra bəyan etdi ki, təyyarələri qaldırıb Prezident Aparatını darmadağın edəcək".

Pənah Hüseyn tez-tez debatlarda qalmaqallar yaşayır. Elə, o, canlı efirdə politoloq Tofiq Abbaslı ilə əlbəyaxa dava etməsi ilə də mətbuatın gündəmində olub. Pənah Hüseyn həmin davaya belə münasibət bildirib:

"Gərək belə hallar verilişdə olmasın. Uşaqlıqdan belə şeylər baş verir. Mən demirəm ki, xüsusi peşmançılığım var. Sadəcə, gərək, olmayaydı. Hər halda, yaşımız da o yaş deyil".

O, hazırda da Azərbaycan Xalq Partiyasının sədridir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 3 övladı var.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3062   Tarix: 26 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

7 noyabr
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

7 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr