MEDİA dəyirmi masa keçirdi, Teresa Ribeiro da qatıldı - Fotolar

MEDİA dəyirmi masa keçirdi, Teresa Ribeiro da qatıldı - FotolarAprelin 26-da ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları" mövzusunda dəyirmi masa keçirilib.

Sonxeber.az xəbər verir ki, yerli media orqanlarının rəhbər şəxslərinin iştirak etdikləri tədbirdə müasir dövrdə mediadakı problemlərdən, dezinformasiyaların artmasının mənfi təsirlərindən danışılıb, həmçinin bu hala qarşı mübarizə üsullarından bəhs olunub.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçən tədbirdə çıxış edən ATƏT-in media azadlığı üzrə nümayəndəsi xanım Teresa Ribeiro bildirib ki, elm və texnologiyanın sürətlə inkişaf etdiyi mürəkkəb bir dövrdə yaşayırıq. Belə bir dövrdə media azadlığı, dezinformasiya məsələsi aktuallıq kəsb edir. Smartfonların tətbiqi yanlış məlumatların daha geniş yayılmasına gətirib çıxarır. Bu da təbii olaraq insanlarda etibarsızlıq yaradır. Peşəkar mediaya etibarın sarsılması isə bir sıra problemlərə səbəb olur.

Jurnalistikanın üzərinə düşən vəzifəni icra edə bilməməsinin fəsadlarla nəticələndiyini deyən Teresa Riberio qeyd edib: "Media azadlığı olmadan təhlükəsizlik ola bilməz. Məlumatların cəmiyyətə ətraflı, obyektiv və qərəzsiz ötürülməsi peşəkar jurnalistikada əsas amildir. Dezinformasiyaya qarşı mübarizədə şəffaflıq, cəmiyyətdə mediaya inam təmin olunmalıdır. Söz, fikir azadlığı, jurnalistin toxunulmazlığı, təhlükəsizliyi qorunub saxlanmalıdır. Media savadlılığı çox mühüm şərtdir". ATƏT rəsmisi vurğulayıb ki, Azərbaycana səfərdə məqsəd media azadlığının təmin edilməsinə, dezinformasiyaya qarşı mübarizəyə kömək etməkdir.

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda "Media haqqında" yeni Qanun qəbul edildiyini diqqətə çatdırıb. Bildirilib ki, yeni Qanunun qəbul edilməsində məqsəd daxili məhsulun keyfiyyətli hazırlanması, paylanması, dövrün tələblərinə uyğunlaşdırılmasıdır. Qanun layihəsində bir çox məsələlərin əks olunduğunu qeyd edən Əhməd İsmayılov layihədə müəllif hüquqlarının qorunması ilə bağlı vacib müddəaların əksini tapdığını deyib. Diqqətə çatdırıb ki, KİV-in hüquqlarının, fikir, söz azadlığının təmin edilməsi, bərabər imkanların yaradılması mühüm amillər kimi diqqət çəkir.

"Yeni Qanun media sahəsində boşluqları doldurmaqla bərabər, söz, fikir azadlığının, plüralizmin təmin edilməsi, media ilə ictimaiyyət arasında münasibətlərin normallaşdırılması, bir sözlə, media üçün əlverişli mühitin yaradılmasının təminatçısıdır", - deyən MEDİA-nın İcraçı direktoru əlavə edib ki, hazırda internet mediası və rəqəmsal mühit mövcuddur. Dezinformasiyanın yayılmasında sosial şəbəkələr öz rolunu oynayır.

Dezinformasiyaya qarşı mübarizədə hüquqi mexanizmlərdən danışan Əhməd İsmayılov vurğulayıb ki, medianı həm də ictimaiyyət formalaşdırır.

Sonra çıxış edən Milli Televiziya və Radio Şurasının sədri İsmət Səftərov, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, Azad Azərbaycan Teleradio Yayım Şirkətinin sədri Azər Xəlilov, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli medianın ictimai münasibətlərin formalaşdırılması, informasiyalı cəmiyyətin qurulmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.

Qeyd olunub ki, media öz dövrünün güzgüsüdür və artıq cəmiyyət özü dezinformasiyanın yayıcısına çevrilib. Onlar dezinformasiyanın qarşısını almaq üçün beynəlxalq təcrübədən istifadə edilməsini və maarifləndirmənin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, təməl prinsiplərə əməl olunmayanda cəmiyyətdə etimadsızlıq yaranır. Jurnalist müstəqil olmalıdır və feyk xəbər yazan media nümayəndələrinə qarşı tədbir görülməlidir. Dəyirmi masa müzakirələrlə davam edib.

MEDİA dəyirmi masa keçirdi, Teresa Ribeiro da qatıldı - FotolarMEDİA dəyirmi masa keçirdi, Teresa Ribeiro da qatıldı - FotolarMEDİA dəyirmi masa keçirdi, Teresa Ribeiro da qatıldı - FotolarMEDİA dəyirmi masa keçirdi, Teresa Ribeiro da qatıldı - FotolarMEDİA dəyirmi masa keçirdi, Teresa Ribeiro da qatıldı - FotolarMEDİA dəyirmi masa keçirdi, Teresa Ribeiro da qatıldı - FotolarMEDİA dəyirmi masa keçirdi, Teresa Ribeiro da qatıldı - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 876   Tarix: 27 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

7 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr