"Azərsu" ASC Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün təlim keçirib

"Azərsu" ASC Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün təlim keçirib"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 2021-2023-cü illər üzrə "Kommunikasiya Strategiyası"nın Fəaliyyət Planına əsasən media nümayəndələrinin içməli və tullantı su sektoru ilə bağlı bilik və təcrübələrinin artırılması məqsədilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə media nümayəndələri üçün təlimlər keçirilib. Təlim və İnnovasiyalar Mərkəzində təşkil olunan tədbirdə 40-dan artıq media orqanının nümayəndələri iştirak edib.
Təlimdən əvvəl iştirakçılar Təlim və İnnovasiyalar Mərkəzi və mərkəzin təcrübə poliqonunda yaradılmış şəraitlə tanış olublar.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, təlimin keçirilməsində məqsəd son dövrlər müşahidə olunan iqlim dəyişiklikləri, su ehtiyatları və onlardan səmərəli istifadə, əhalinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması sahəsində "Azərsu" ASC-nin həyata keçirdiyi tədbirlər barədə mətbuat nümayəndələrinin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərməkdən ibarətdir.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli kommunal sektorda, o cümlədən su təchizatı sahəsində jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb və qeyd edib. Bildirib ki, təlimlər kütləvi informasiya vasitələri nümayəndələrinin bu sahə üzrə biliklərinin artırılmasını və gələcək fəaliyyətlərində ictimaiyyətə dolğun informasiyanın çatdırılmasına kömək göstərəcək.
Təlimdən öncə "Azərsu" ASC-nin fəaliyyətin ilə bağlı təqdimat keçirilib.
"Azərsu" ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli "Azərbaycanda həyata keçirilmiş içməli su layihələri və onların əhəmiyyəti", Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli "Media subyektlərində ixtisaslaşma və onun üstünlükləri", Xəzər Universitetinin mərkəz rəhbəri Rövşən Abbasov "İqlim dəyişikliklərinin Azərbaycanın su ehtiyatlarına təsiri və sudan səmərəli istifadə", "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutunun direktor müavini Elnur Nəsirov "İqlim dəyişikliklərinin içməli su mənbələrinin məhsuldarlığına təsiri", Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev "Suyun keyfiyyəti insan sağlamlığı üçün əsas amillərdən biridir", Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlı "Sudan səmərəli istifadə, israfçılığın və qanunsuz qoşulmaların qarşısının alınması ilə bağlı görülən tədbirlər" mövzularında təqdimatla çıxış ediblər. Tədbir zamanı mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
"Azərsu" ASC Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün təlim keçirib"Azərsu" ASC Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün təlim keçirib"Azərsu" ASC Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün təlim keçirib"Azərsu" ASC Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün təlim keçirib"Azərsu" ASC Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün təlim keçirib"Azərsu" ASC Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün təlim keçirib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1225   Tarix: 27 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

7 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr