Prezident: "Sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır"
"Sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır".
Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, kommunikasiyaların açılması məsələləri müzakirə edilib.
Dövlətimizin başçısı 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanın ərazilərimizdə törətdiyi dağıntıları, maddi-mədəniyyət adidələrimizin, 60-dan çox məscidin dağıdıldığını və onlardan tövlə kimi istifadə olunduğunu qeyd edib. İşğal dövründə ərazilərimizdə Ermənistan tərəfindən çox sayda minaların basdırıldığını deyən Prezident İlham Əliyev hazırda Azərbaycanın üzləşdiyi mina problemini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı dövlətimizin başçısı birinci Qarabağ müharibəsindən etibarən 4 mindən çox soydaşımızın itkin düşmüş hesab olunduğunu, onların bir çoxunun işgəncələrə məruz qaldığını və öldürülərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırıldığını bildirib, həmin məzarlıqların yerləri haqqında Ermənistan tərəfindən məlumatın verilməsinin vacibliyini vurğulayıb və bununla əlaqədar ABŞ hökumətinin dəstəyinin zəruriliyini qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
8 Noyabr - Şuşanın azad edildiyi gündür
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"