"Dedilər, get nə istəyirsən elə, ölən ölüb, tutulan tutulub" - "Location"dan şikayət

"Dedilər, get nə istəyirsən elə, ölən ölüb, tutulan tutulub" - "Location"dan şikayətBakıda "Location" gecə klubunda baş verən partlayışda ağır xəsarət alanlardan biri də oranın əməkdaşı Fariz Məmmədzadədir.

"Qafqazinfo"nun məlumatına görə, Vətən müharibəsi iştirakçısı olan Fariz gecə klubunun rəhbərliyindən şikayətçidir.

Qısa olaraq bildirək ki, Fariz Məmmədzadə partlayış baş verməmişdən 12 gün öncə "Location"da işləməyə başlayıb. Məmmədzadə ailəsinin iddiasına görə, işçilər orada qeyri-qanuni çalışdırılıb. İşgötürənlə işəgötürülən arasında əmək müqaviləsi imzalanmayıb. Bu səbəbdən onların sığortası da olmayıb.

Farizin şikayətinin əsas məğzi isə onun müalicəsinə gecə klubunun rəhbərliyi tərəfindən kömək göstərilməməsindən ibarətdir. Belə ki, xəsarət alan əməkdaş hadisədən sonra 5 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ailə üzvlərinin sözlərinə görə, onun müalicəsi və dərmanları borc-xərclə alınıb. Burada iş yerindən ona maddi dəstək olunmayıb. Dövlət xəstəxanasında iki dəfə əməliyyat olunan Fariz, daha sonra "Medera" hospitala köçürülüb.

Gecə klubuna məsul olan şəxslər yalnız özəl klinikada gedən müalicənin xərclərini qarşılayıblar. Daha sonra isə Fariz evə buraxılıb və onun müalicəsinin növbəti mərhələsi qalıb.

"Qollarımın ağrısından hələ də yata bilmirəm. Qollarımındakı yaranın suyu hələ də dayanmır. Məni evə göndəriblər, amma 2-3 gündən bir sarğılarım dəyişməlidir. Mən ağrılardan gecələr yata bilmirəm. Dərman almağa pulum belə yoxdur. Bunların məqsədi nədir, anlamıram. Müharibədə burnum belə qanamadı, amma gəldim kiminsə obyektində bu hala düşdüm. Evə baxan insan mənəm, amma belə görünür ki, 5-6 ay müddətində işləməyəcəm. Mən müdiriyyətdən mənəvi dəstək istədim, dedilər, get nə istəyirsən elə, ölən ölüb, tutulan tutulub. "Madera"da olanda Elşən Səfərovla da danışdım, mənə qayıtdı ki, siz insafsızlıq edirsiniz" – Fariz Məmmədzadə şikayətində bildirib.

Onu da aydınlaşdırdıq ki, Fariz Məmmədzadə "Medera"ya köçürülən zaman onun müalicəsinə 15 961 manat ödənilib.

Qeyd edək ki, "Location"da baş verən partlayışa görə 4 nəfər həlak olub. Onlardan üçü gəncdir. Hadisəyə görə isə obyekti icarəyə götürmüş "Merser Food" MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib.

Fotoda Elşən Səfərov və qardaşı Orxan Səfərov
"Dedilər, get nə istəyirsən elə, ölən ölüb, tutulan tutulub" - "Location"dan şikayətŞikayətdə adı keçən Elşən Səfərov isə həbs olunan Orxan Səfərovun qardaşıdır. O.Səfərov qardaşı Elşən Səfərovla birlikdə daha əvvəl Nərimanov rayonu ərazisində "The Place" adlı gecə klubunu işlətməyə başlayıblar. Onlar daha sonra Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanındakı 170 kvadrat metr ərazisi olan obyekti də icarəyə götürərək oranı "Location" gecə klubu adı ilə açıblar. "Location"da baş verən partlayışdan sonra "The Place" də fəaliyyətini dayandırıb.
"Dedilər, get nə istəyirsən elə, ölən ölüb, tutulan tutulub" - "Location"dan şikayət


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1960   Tarix: 28 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr