28 Mayda neçə məhkum əfv olunacaq? - RƏSMİ AÇIQLAMA
"Aprelin 26-da keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası daxil olmuş 100-dən çox müraciətə baxıb".
Bunu Modern.az-a açıqlamasında komissiyanın üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, müraciətlər üzrə müvafiq qərarlar qəbul edilib:
"Növbəti günlərdə Əfv Məsələləri Komissiyası öz fəaliyyətini davam etdirəcək. 28 May - Müstəqillik Günü ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamı imzalana bilər. Sərəncamın nə zaman veriləcəyi və kimlərə aid ediləcəyi hələlik məlum deyil. Ümumilikdə deyə bilərəm ki, 2003-cü ildən indiyə qədər 35 əfv sərəncamı imzalanıb və bunun nəticəsində 5 672 məhkum tam olaraq cəzadan azad edilib və ya qalan hissəsi azaldılıb".
"Daxil olan hər bir müraciətlə bağlı ən az 3 ay araşdırma aparılır, sənədlər toplanır. İndiyə qədər yüzlərlə müraciət daxil olub. Növbəti iclaslarda nə qədər məhkumun əfv edilə biləcəyi haqqında daha dolğun fikir söyləmək olar", - deyə komissiyanın üzvü bildirib.
Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1345 Tarix: 28 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabrSabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabrAZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabrSosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd
22 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabr"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabr