Məktəblilər arasında qəfil ölümlər niyə artıb? - ARAŞDIRMA

Məktəblilər arasında qəfil ölümlər niyə artıb? - ARAŞDIRMASon vaxtlar məktəblilər arasında qəfil ölüm halları artıb. Ölüm səbəbi isə ani ürəktutma kimi qeyd edilir. Bu səbəb özü-özlüyündə ciddi narahatlıq doğurur.

Məktəbli yaşında uşaqlarda nə qədər ağır ürək problemi ola bilər ki, onları həyatın ən şirin çağlarında dünyadan ayırsın?

Həkim konsultasiyaları ilə yanaşı, təhsil müəssisələrində məktəblilərdən sağlamlıq haqqında arayış da tələb olunur. Bəs bu arayışın məzmunu nədir? Bəlkə, həmin sağlamlıq haqqında arayışlar pulla alındığı üçün uşaqların problemləri aşkarlanmır?

Bu gün mövcud məsələ ilə bağlı cəmiyyətdə ciddi narahatlıq var. Bu istiqamətdə hansı tədbirlərin görülməsi problemin aradan qaldırılmasına səbəb ola bilər?

Dərs yükü, imtahan stressi, həyəcan və gərginlik uşaqların sağlamlığında ciddi problemlər də yarada bilər.

BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Kamilə Əliyeva "oxu.az"a açıqlamasında bildirib ki, şagirdin ölüm xəbərini eşitmək ağırdır:

"Övlad itkisi həm valideyn üçün, həm cəmiyyət üçün ağır hadisədir. Son vaxtlar müxtəlif səbəblərdən şagirdlər arasında ölüm halları baş verib. Əksəriyyətinin isə ürəktutmasından öldüyü barədə məlumatlar oxuyuruq.

Valideynlər uşaqlarının sağlamlığı haqda məlumatları dəqiqləşdirməli və aidiyyəti üzrə düzgün formada çatdırmalıdırlar. Hər bir məktəbin öz həkimi olur və sağlamlıq haqqında məlumatlar arayış formasında onlar tərəfindən saxlanılır.

Bununla yanaşı, məktəblərdə sinif rəhbərləri də öz siniflərində olan şagirdlərin sağlamlıq durumu haqda məlumatlı olmalıdırlar.

Uşaqda nevroloji, ürək tutması, epilepsiya, astma kimi xəstəliklər ola bilər. Buna görə valideynlər məlumatları doğru verməlidirlər ki, məktəbdə şagirdlərin sağlamlıq durumlarına nəzarət də müvafiq qaydada diqqətdə saxlanılsın".

Sağlamlıq haqqında arayışların pulla alınması barədə iddialara toxunan K.Əliyeva irəli sürülən fikrin əsaslandırılmasının önəmli olduğunu deyib:

"Əgər bir fikir irəli sürülürsə, faktlar olmalıdır. Arayışların pul ilə verilməsini sübut edən dəlil olduqda hansısa fikir bildirmək olar. Sadəcə fərziyyə üzərindən danışmaq doğru deyil. Amma sübuta yetirilən fakt varsa, cinayətdir.

Hüquq-mühafizə orqanlarına məlumat verilməli və araşdırılmalıdır. Bu kimi halların təkrarlanmaması üçün də qanun çərçivəsində zəruri tədbirlər görülməlidir. Bu gün şagirdlərin qəfil ölümləri ilə bağlı hadisələr kütləvi hal almayıb. Lakin bir şagird ölümü belə, çox üzücüdür.

Milli Məclisin istər plenar, istərsə də komitə iclasında cəmiyyəti narahat edən bütün məsələlər müzakirə edilir və önə çəkilir. Amma bu məsələdə ilk növbədə valideynin, məktəb və sinif rəhbərliyinin məsuliyyəti vacibdir. Elə uşaqlar var ki, onlara idman dərsinə qatılmaq qadağandır. Bu kimi məqamlar diqqətdən yayınmamalıdır ki, şagirdlər, yeniyetmələr arasında belə xoşagəlməz hallar təkrarlanmasın".

Bəs ürəktutmasına səbəb nədir? Ürək xəstəlikləri bu qədərmi cavanlaşıb?

Məsələyə tibbi cəhətdən aydınlıq gətirən həkim-kardioloq, professor İdris Xəlilov deyir ki, qəfil ölümlərə bir saat ərzində bəlli olan və olmayan səbəblər mövcud ola bilər:

"Uşaqlarda bu kimi hallara səbəb anadangəlmə ürək qüsurlarıdır, böyüklərdə isə ürəyin işemik xəstəlikləridir. Uşaqlar ana bətnində, doğum zamanı kardioloji müayinələrdən keçirilirlər. Yaxşı olar ki, bütün uşaqlar ultrasəs müayinədən keçirilsinlər. Demək olar ki, uşaq kardioloqlarının hamısında, klinikalarda zəruri tibbi cihazlar mövcuddur. Ciddi ürək qüsurları vaxtında müayinə və müalicə olunmadığından birdən-birə qəfil ölüm halları ola bilər. Eyni zamanda ürəyin ritmi və keçiriciliyi ilə bağlı qəfil ölümlər də ola bilər. Bu kimi problemləri kardioqram vasitəsilə aşkarlamaq olur. Bəzi ürək problemləri də var ki, onları müayinə ilə aşkarlamaq, təəssüf ki, mümkün olmur".

Həkim deyir ki, təqribən 1000-2000 uşağın birində ciddi ürək qüsuru ola bilər, belə qüsuru olanların içərisində isə 50-100 mindən birində qüsur qəfil ölümlə nəticələnə bilər:

"Yəni insanlar arasında narahatlığa əsas yoxdur. Uşaqlar arasında ürək xəstəlikləri ilə bağlı qəfil ölümlərin sayı çox deyil".

Ürək xəstəlikləri ildən-ilə niyə cavanlaşır?

Həkim-kardioloq "fast food" qidaların ürək problemlərinə və qəfil ölümlərə səbəb olması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:

"Bu cür qidalanmanın qəfil ölümlərə aidiyyəti yoxdur. 20-30 il bundan əvvəl Azərbaycanda kardiologiya sahəsinin səviyyəsi çox aşağı idi. Hətta böyük klinikalarda exokardioqrafiya (EXO-KQ) aparatı belə yox idi.

Səbəb olaraq ilk faktor stresdir. Daha sonra orqanizmdə gedən paralel xəstəliklər - şəkərli diabet, yüksək qan təzyiqi və sairdir. Bu xəstəliklər zamanında müalicə olunmadığı halda qəfil ölümlərə, infarkta gətirib çıxara bilir. Bu, əvvəl də var idi, indi də var.

Əsas da məktəblilərə psixoloji təzyiq edilməsin. Bəzən uşaqlara dərsləri ilə bağlı təzyiq edirlər, bu da onlarda stres yaradır. Uşaqları bütün gün gərginlikdə saxlamaq olmaz ki, dərs oxusun. Belə olanda uşaqlar qorxurlar, yuxusuzluq yaranır, ürək döyüntüsü artır, hətta funksional dəyişikliklər də yarana bilər.

Uşaq sağlamdırsa, doğulan zaman müayinədən keçirildiyi təqdirdə 35 yaşına qədər yoxlanmasa da, olar. Amma elə uşaqlar var ki, 10-15 yaşlarında müəyyən əzələ-sinir ağrıları olur, diskomfort yaranırsa və s. - mütləq yoxlanılmalıdırlar.

Amma 35 yaşdan yuxarı gərək kardioloji müayinədən keçsinlər. İnsan sağlamdırsa, şikayəti yoxdursa, onu yormaq lazım deyil. Əgər qidalanma, yuxu rejimi düzgün deyilsə, passiv həyat tərzi keçirirsə, onun həkimə getməsinə ehtiyac yaranır, çünki potensial olaraq risk qrupuna aid edilə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1165   Tarix: 28 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

27 Sentyabr - Vətən müharibəsinin başlanğıcından Anım Gününə: Tarixin yaddaşında yaşayan qəhrəmanlıq

27 Sentyabr Azərbaycan xalqının yaddaşında xüsusi və dərin məna daşıyan günlərdən biridir. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gününü, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda aparılan mübarizənin başlanğıcını xatırladır. Hər il 27 Sentyabrın Anım Günü kim

21 sentyabr
.

Vahid məktəbli formasının əsas məqsədi səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır

"Vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisəsində vahid və səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyəti yaradılmalıdır. Burada əsas prinsiplərdən biri də bərabərliyin təmin olunmasıdır. Sosial statusundan

22 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat

21 sentyabr
.

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı

Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd

22 sentyabr
.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid

22 sentyabr
.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr
.

Vahid məktəbli formasının tətbiqinin gündəmə gəlməsini müsbət qiymətləndirirəm - AÇIQLAMA

"Məktəbli formasının təhsildəki rolu və əhəmiyyəti artıq bir müddətdir müzakirə olunur. Bu barədə bir neçə dəfə fikrimi bildirmişəm. Yaxın keçmişə qədər Naxçıvan Muxtar Respublikasında vahid məktəbli geyimi uzun illər tətbiq olunurdu və bu, məktəblərdə şagirdlər arasında sosial bərabərliyin təmi

22 sentyabr