Məktəbdə şalvar qalmaqalı: Direktor Təhsil Nazirliyinə qarşı - FOTO/AUDİO
Bu günlərdə sosial şəbəkələrdə daha bir məktəb direktorunun qalmaqallı səs yazısı yayıldı. Bu dəfə məşhurlaşan direktor Fatma Bayramova Sumqayıt şəhər 14 nömrəli məktəbinə rəhbərlik edir. Yenə də direktor öz işçiləri - Azərbaycan müəllimləri ilə alçaldıcı tonla danışır və hətta onları şagirdlərin yanında biabır edəcəyi ilə hədələyir.
Bu dəfə məktəb direktorunu "özündən çıxaran" müəllimlərin geyim formasıdır. Fikirlərini şəxsiyyətin təhqiri formasında ifadə edən direktor qadın müəllimlərin məktəbə şalvar geyinib gəlməsinə qarşı çıxır.
Direktorun yeni əmri isə qalmaqala səbəb olur. Çünki o, həddini aşaraq Təhsil Nazirliyinin bu barədə qəbul etdiyi qaydalara qarşı çıxır.
Təhsil Nazirliyinin hələ 2000-ci ildə verdiyi "Təhsil işçilərinin korporativ geyim tərzi" təlimatında müəllimlərin məktəb daxilində necə geyinməli olduqları açıq şəkildə göstərilir.
Orada göstərilir ki, müəllim qara klassik şalvar geyinə bilər.
Başadüşüləndir ki, müəllim qoyulan qaydalar çərçivəsində geyinib təhsil ocağına gəlməlidir. Amma müəllim bizim gələcəyimizi hazırlayır. Onun şagirdlər içərisində biabır edilməklə şantaj olunması qəbuledilməzdir.
Başa düşülməyən məsələ isə odur ki, məktəb direktorları geyim tərzi seçə bilməzlər. Hələ bəzi direktorlar hicabda olan, saat taxan, şalvar geyinən müəllimi təhqir edir və məktəbə girişinə qadağa qoyurlar. Bu səlahiyyəti onlara kim verib?
Rəsmi qaydada öz təsdiqini tapmış məktəb müəllimlərinin geyim formaları var. Düzdür, bu qaydalara əməl etməyən müəllimləri direktor təlimatlandırmalıdır. Amma belə yox...
Lent.az məsələnin təfərrüatını öyrənmək üçün Sumqayıt şəhər 14 nömrəli məktəblə əlaqə saxlayıb.
Maraqlısı odur ki, məktəbdəkilər direktorun dediyini dəstəkləyirlər. Bildirirlər ki, müəllim korporativ geyim tərzində verilən təlimata uyğun geyinmir. Buna görə də direktor müəllimin bir də elə geyinməməsi üçün tənbeh edir.



Qeyd edək ki, təlimatda həmçinin bildirilir ki, həftə sonları, yəni, dərsdən kənar məktəbə gələn müəllimlər istədikləri geyimdən istifadə edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2510 Tarix: 28 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrQızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
7 noyabrÇiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
6 noyabr