Həftəsonu ailəvi istirahət üçün TOP-5 yer

Həftəsonu ailəvi istirahət üçün TOP-5 yerHəftəsonunu bütün ailə ilə harada keçirmək olar? Həftə sonu maarifləndirici və aktiv istirahət üçün ən uyğun 5 yeri seçdik.

Yeri gəlmişkən, Uber aksiyasından istifadə edərək həmin yerlərə baş çəkə bilərsiniz - şənbə günləri 50%-ə qədər endirimlə avtomobil sifariş edə bilərsiniz. Aksiya 28 May tarixinədək keçərlidir.

Bakı zooparkı

Yenidənqurmadan sonra ötən ilin payızında qapılarını yenidən ziyarətçilərin üzünə açan, dünyanın ən yaxşı müasir zooparkları ilə bir sırada dayanan Bakı Zooloji Parkı ziyarətçilər üçün rahat və maraqlı məkana çevrilib. Burada heyvanlar üçün mümkün qədər əlverişli yaşayış yeri yaradılıb - geniş və rahat volyerlər, akvaterrarium, kontaktlı (heyvanlara toxunmaq imkanı verən) zoopark, süni göl və hovuzlar. Bakı Zooparkı uşaqları vəhşi təbiət aləmi ilə tanış etmək üçün əla fürsətdir, onlar burada fauna və flora nümayəndələrini görə, silinməz təəssürat və müsbət emosiyalar ala bilərlər.

İş saatları: saat 10:00-dan 18:00-a kimi

Biletin qiyməti - 4-16 yaş uşaqlar - 2 AZN, böyüklər - 5 AZN

"Life-hack" - onlayn bilet almaq sizə girişdəki növbədən yayınmağa kömək edəcək.
Həftəsonu ailəvi istirahət üçün TOP-5 yer"Kinderland"

Dəniz Mall-da yerləşən təhsil və əyləncə parkı Kinderland Bakının kiçik bir nüsxəsidir. Burada uşaqlar böyüklərin rolunu oynayaraq və sınayaraq öyrənirlər, sonra isə təcrübələrini real həyatda tətbiq edirlər. 4-14 yaş arası uşaqlar bərbər və ya aşpaz, həkim və ya yanğınsöndürən olmaqla özlərini 60-dan çox maraqlı peşədə sınaya bilərlər. Kinderland uşaqların faydalı bilikləri əyləncəli və oyun formatında əldə edə biləcəkləri bir yerdir.

İş saatları: saat 11:00-dan 22:00-a kimi

Biletin qiyməti – körpələr - 9 AZN, uşaqlar - 25 AZN, böyüklər - 10 AZN
Həftəsonu ailəvi istirahət üçün TOP-5 yer"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu

Açıq səma altında yaradılan bu qoruq əsl zaman maşınıdır. Siz Tunc dövrünə və orta əsrlər şəhərinə baş çəkə, Azərbaycanın zəngin çoxəsrlik tarixindən bəhs edən muzeyləri ziyarət edə biləcəksiniz. İstəyinizə uyğun olaraq köhnə təndirdə çörək bişirməklə, xalça toxumaqla, gildən saxsı qablaq düzəltməklə və dəmirçi kimi işləməklə keçmişə daha çox qərq olaraq əcdadlarımızın necə yaşadığını hiss edə bilərsiniz.

İş saatları: saat 09:00-dan 18:00-a kimi

"Qalada bir gün" turunun qiyməti - uşaqlar - 15 AZN, böyüklər - 19 AZN
Həftəsonu ailəvi istirahət üçün TOP-5 yerİçərişəhər

Paytaxtın ürəyinə - İçərişəhərə (köhnə şəhər) baş çəkərək də keçmişin sehrini hiss edə bilərsiniz. Hər gəzinti onu yeni bir tərəfdən açır və sizi özünə daha çox aşiq edir. Muzeylər, tarixi yerlər, məşhur insanların evləri, restoranlar, kafelər və köhnə şəhərin inanılmaz əsrarəngiz aurası ailənizin şənbə gününü məlumatlandırıcı və yaddaqalan edəcək.
Həftəsonu ailəvi istirahət üçün TOP-5 yer"Gənclik" parkı

Əgər siz ailəvi piknik etməyi planlaşdırırsınızsa, bu yaxınlarda açılmış "Gənclik" parkını tövsiyə edirik – bura ailəvi piknik üçün ideal yerdir. Burada, 43 hektar geniş ərazidə ailələrin aktiv istirahəti üçün hər cür şərait - uşaq meydançaları, attraksionlar, idman avadanlıqları, eləcə də gözəl süni göl yaradılıb. Bonus olaraq paytaxtın və Bakı buxtasının akvatoriyasının olduqca gözəl mənzərəsi.

Sizə gözəl və rəngarəng həftə sonu keçirməyinizi arzu edirik!
Həftəsonu ailəvi istirahət üçün TOP-5 yer


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1810   Tarix: 29 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

7 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr