Uşaqlar arasında "Rotavirus" buna görə YAYILIR
Son zamanlar ölkəmizdə uşaqlar arasında "Rotavirus" yayılır. Bundan əlavə bir neçə gün əvvəl Səhiyyə Nazirliyi bir neçə ölkədə uşaqlarda mənşəyi bilinməyən hepatit virusunun aşkarlandığını açıqladı.
Bəs, "Rotavirus"un bu qədər artmasına səbəb nədir?
Bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Zakir Quliyev Lent.az-a açıqlamasında bildirib ki, bun səbəb məktəb və bağçaların açılmasıdır:
"Son vaxtlar uşaqlar arasında qızdırma, qarın ağrısı, ishal, qusma kimi şikayətlər artmağa başlayıb. Bunların da çoxuna səbəb "Rotavirus"dur. "Rotavirus" ağız və oral yolla yoluxan virus mənşəli infeksiyadır. Bu xəstəlik ona görə, uşaqlar arasında daha çox yayılır ki, onlar əl yuma məsələlərinə diqqət etmir, oyuncaqlarını bir-birilə paylaşırlar, çirkli əllərini tez-tez ağızlarına aparırlar.
Əslində, pandemiyadan əvvəlki dövrə baxanda "Rotavirus"a biz daha tez-tez rast gəlirdik. Amma koronavirus dönəmində məktəblərin və bağçaların bağlı olmasını nəzərə alsaq, onda biz bu virusu çox aşkar edə bilmirdik. Amma son vaxtlar məktəblərin, bağçaların açılmasından sonra "Rotavirus"la bağlı rəqəmlər yüksəldi".
Həkimin sözlərinə görə, bu virusun ən yaxşı müalicə üsulu həkimə müraciət etmək və onlara bol-bol maye verməkdir.
Zakir Quliyev hepatit virusu ilə bağlı da danışıb:
Son vaxtlar uşaqlar arasında mənşəyi bilinməyən hepatit virusu yayılır. Xüsusən də İngiltərədə bu virusa yoluxan uşaqların sayı artır. Bu zaman uşaqlarda gözlərdə saralma, kəskin halsızlıq, qaraciyər fermentlərinin artması, qusma, bulantı kimi şikayətlər olur. Hazırda bizim ölkəmizdə bu virus aşkarlanmayıb. Amma bu o demək deyil ki, olmayacaq, çünki bizim ölkə qapalı deyil. Valideynlər uşaqların gigiyenik təmizlənməsinə riayət etməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1687 Tarix: 29 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabr"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabrSosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd
22 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabrAlim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabr