Əli Mirəliyev: "O hacıdan bu hacıya keçir, sonra da Xalq artisti adı alırlar"
Sosial şəbəkələr vasitəsilə reklam və antireklamla gündəmə gələn ulduzlarımız az deyil.
Bəziləri isə etiraf edirlər ki, yayılan videolar gizli çəkilişlər əsnasında olub. Bəs reallıq bizə nəyi göstərir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən müğənni Əli Mirəliyev söyləyib ki, məşhur qəzəldə belə bir misra var:
"Özünə güvənən xanəndə dəfsiz,
Tar çalan da kamançasız olmasın.
Yəni, sosial şəbəkələr vasitəsilə gündəmə gələn ifaçıların sənət anlayışları yoxdur. Kiməsə əxlaqsız video şəkillər çəkdirib sosial şəbəkələrə atır sonra da deyirlər ki, xəbərimiz yoxdur".
Müğənni əlavə edib ki, belələri namussuzluq edib camaatı aldadaraq pul qazanırlar. Onlar toy tutmaq üçün sənətlə məşğul olmağa görə hər şey edirlər:
"Kişilər qadın yolu ilə, qadınlar isə kişi yolu ilə getməyə başlayırlar. Əxlaqsız videolarını qəsdən internetə atdırıb sonra da deyirlər ki, xəbərim yoxdur".
Əli Mirəliyev iddia edib ki, müğənnilərin bəyan etdikləri toy qiymətləri şişirtmə və reallıqdan uzaqdır:
"Onların toylara getməsi ilə bağlı yazdıqları qiymətlərin hamısı yalandır. 500-1000 manata toya gedənlər qiyməti şişirdib 10 min göstərirlər ki, bahalı villaların haqq-hesabı soruşulanda utanmasınlar. Amma sonra da toy yiyəsinə deyirlər ki, ancaq sizin üçün bu qiymətə gəlmişik. Soruşan olsa deyərsən ki, 8 minə gəlib. Ümumiyyətlə müğənnilərin çoxu yuxuda hansı rəqəmi görürsə durub toy qiymətinin altına yazır".
Əli Mirəliyev bəzi müğənnilərin həyat tərzinin sənətkarlığa heç uyğun gəlmədiyinə də toxunub:
"Bəzi xanım ifaçılar hacılarla eşq yaşayaraq qazandığı pulları ört-basdır etmək üçün müğənniliyi əllərində bayraq edirlər. Beləcə o hacıdan başqa hacıya keçir, amma oxumağı öyrənmirlər. Sonra da gəlib xalqın sənətkarı adı alırlar. 50 ildir müğənnilik edib toylara gedirəm, cəmi bir dənə "çeşka" maşınım var. Etiraf edim ki, onu da öz pulumla almamışam. Mənə kiminsə yazığı gəlib hədiyyə edib. Amma elə müğənnilərimiz var ki, 100 minlik maşından bir neçəsini sürürlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2913 Tarix: 29 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabr