Azərbaycanda daha bir yeniyetməni döyüb, görüntülərini "TikTok"da paylaşdılar - YENİLƏNİB + VİDEO
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə yeniyetmə oğlanın döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sosial şəbəkədə yayılan video ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, "TikTok" sosial şəbəkəsində bir neçə yeniyetmənin həmyaşıdları olan oğlanın qolunu arxadan bağlayaraq, döydükləri və təhqir etdikləri barədə görüntülər paylaşılıb. Bundan əvvəl də Ağdaşda baş verdiyi ehtimal edilən daha bir görüntü yayılmışdı.
09:18
Son dövrlərdə sosial platformalar içərisində ən çox istifadə edilənlər sırasında ilk pillələrə yüksələn "TikTok" sosial şəbəkəsidir. Təəssüf doğuran məsələ isə ondan ibarətdir ki, Azərbaycanda əksər istifadəçilər bu şəbəkədən düzgün istifadə etmədiyi üçün bir sıra ciddi problemlərlə üzləşirlər.
Elə onlardan biri də gənclərin sosial şəbəkə üzərindən bir-birini təhqir etməsi, ictimaiyyətə yönələn alçaldıcı və təhqiramiz ifadələrdir. Hətta artıq son üç gün ərzində "TikTok"da yeniyetmə oğlanların bir-birini alçaldaraq videoya çəkməsi ilə bağlı hüquq-mühafizə orqanları da hərəkətə keçib.
Ötən gün "TikTok"da eyni məzmunlu daha bir video paylaşılıb.
Videoda bir neçə yeniyetmə həmyaşıdları olan oğlanın qolunu arxadan bağlayaraq, təhqir etdikləri görünür. Oğlanın üz-gözündən, paltarlarından döyüldüyü aydın görünür.
Mobil telefonla çəkilən görüntülər sosial şəbəkəyə yüklənib və sürətlə yayılıb.
Hadisənin hansı ərazidə baş verdiyi hələlik məlum deyil.
Qeyd edək ki, sözügedən video daha sonra paylaşım sahibi tərəfindən silinib.
Həmin görüntünü təqdim edirik:
Xatırladaq ki, bir neçə gün öncə də analoji hadisə yaşanmışdı. Belə ki, bir qrup yeniyetmə həmyaşıdlarına qarşı zor tətbiq etmələrini lentə alaraq sosial şəbəkələrdə yaymışdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3845 Tarix: 30 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabr