Azərbaycan XİN Ararat Mirzoyana cavab verdi - FOTO
"Ümumiyyətlə, dövlətlərarası münasibətlərdə eramızdan əvvəl mövcud olan tarixə və mifologiyalara istinad halları bir qayda olaraq istifadə olunan təcrübə deyil. Qonşu Ermənistan xarici işlər nazirinin belə yanaşması rast gəldiyimiz həmin o nadir hallardandır".
Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva APA-nın sualını cavablandırarkən deyib.
"Ciddiyyətə geri dönsək, Azərbaycan dövlət başçısının qeyd etdiyi kimi, sərhədlərin delimitasiyası prosesi çərçivəsində müvafiq xəritələrdən istifadə edilməsi birgə sərhəd komissiyalarının danışıqlarının tərkib hissəsi olacaq və biz hüquqi əsası olan bütün xəritələrdən istifadə edəcəyik", - XİN rəsmisi qeyd edib.
Xatırladaq ki, Ermənistan XİN başçısı Ararat Mirzoyan, Azərbaycan Respublikası Prezidentinin sərhədlərin delimitasiyası çərçivəsində əsas kimi götürülə biləcək xəritələrlə bağlı söylədiklərini şərh edərək qədim tarixə ekskurs edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1627 Tarix: 30 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye
6 noyabrKonstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
6 noyabrDüzgün iqtisadi siyasətin möhtəşəm zəfəri
Azərbaycan xalqına şanlı Zəfər bəxş etmiş İkinci Qarabağ müharibəsinin başlanmasının beşinci ildönümü tamam olur. Bu möhtəşəm qələbə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsi və onun cahanşümul nəticəs
3 noyabrMüstəqil dövlətin Konstitusiya günüdür
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al
6 noyabr"Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük"
"Biz müharibədə Qələbə qazanmışıq. Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdə bildirib. "Ermənilər 30 il bu torpaqları vira
6 noyabrZəfərin təməlində dayanan milli birlik və xalq həmrəyliyi
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əsas dayaqlarından biri xalqımızın nümayiş etdirdiyi misilsiz birlik və həmrəylik oldu. "Dəmir yumruq" ifadəsi yalnız hərbi gücün deyil, dövlətin, xalqın və ordunun vahid məqsəd ətrafında birləşməsinin rəmzinə çevrildi. Azərbayca
6 noyabrGüc və birlik rəmzi - "Dəmir yumruq"
"2020-ci il sentyarın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Ordumuza hücum əmri bütün dünya azərbaycanlılarının illərdən bəri ürəklərində yaşatdıqları arzuya doğru başlanğıc oldu. Hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində stratej
3 noyabr